Ana səhifə       Haqqımızda       Fəaliyyətimiz       Layihələrimiz       Xəbərlər       Müsahibələr       Şəkillər       Links       Əlaqə      
 
  Azərbaycan    Русский    English
HTC mətbuatda Hüquq müdafiəçiləri Nəşrlərimiz
 
 
SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU GƏNC BLOQÇULARIN MƏHKƏMƏSİ İLƏ BAĞLI RƏYİNİ AÇIQLAYIB
26.10.2009, 13:52
Sülh və Demokratiya İnstitutunun ekspertləri gənc bloqçular Emin Milli və Adnan Hacızadənin məhkəməsini müşahidə edərək, prosesin gedişilə bağlı rəylərini açıqlayıblar. Rəydə bildirilir ki, Səbail rayon məhkəməsində Araz Hüseynovun ədalətli məhkəmə araşdırması hüququnu pozduğunu açıq-aşkar göstərən xeyli sayda faktlar var. Bu sırada məhkəmə proseslərinin keçirilmə yeri, vaxtı, müdafiə tərəfinin vəsatətlərinin təmin olunmaması və şahidlərindən yalnız birinin dindirilməsi və s. pozuntular yer alır.
 
Sülh və Demokratiya İnstitutunun ekspertləri belə qənaətə gəliblər ki, Araz Hüseynovun sədrliyi ilə keçirilən bu məhkəmə prosesi Azərbaycanda məhkəmə sisteminin icra hakimiyyətindən asılılığının, məhkəmələrdən fərqli düşünənlərə, söz və ifadə azadlığına qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunmasının növbəti sübutudur.
 
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib

 

Müsahibələr

AB Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumuna ərizə qəbulu başlandı
 
Yeniliklər
» - 10: Bakıda sakitlikdir! Ermənistan və Türkiyədə danışıqlar gedir (HTC mətbuatda)
» - 9: Dağlıq Qarabağ bədii ədəbiyyatda vardırmı? (HTC mətbuatda)
» - 8: Münaqişə cəmiyyətin daxili azadlığının payını xeyli azaldıb (HTC mətbuatda)
» HELSINKI VƏTƏNDAŞ ASSAMBLEYASI AZƏRBAYCAN MILLI KOMITƏSI (Hüquq müdafiəçiləri)
» SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU (Hüquq müdafiəçiləri)
» DEMOKRATİA VƏ İNSAN HÜQUQLARI KOMİTƏSİ (Hüquq müdafiəçiləri)
» 2006: "Qarabağ müzakirə olunur" (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2002: "QHT-lər üçün yaddaş" kitabı (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2007: South Caucasus experts’ network for IDP-s return/restitution issues policy facilitation (Rus, İnglilis) (Nəşrlərimiz)

 

 

 

Copyright 2009 humanrights-az.org. All rights reserved.
Powered by
NextPoint LLC

Rambler's Top100