Society for Humanitarian Research - http://humanrights-az.org
Azərbaycanda terrorçuluqda ittiham olunan "Meşə qardaşları" adlı silahlı birləşmənin üzvlərinə 200 ildən artıq iş verilib
http://humanrights-az.org/articles/1045/1/
Dərc olunub 08.11.2009, 15:18
 

Azərbaycanda terrorçuluqda ittiham olunan "Meşə qardaşları" adlı silahlı birləşmənin üzvlərinə 200 ildən artıq iş verilib.

 

Trend News-un məlumatına görə, cümə axşamı Ağır Cinayələrə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Azərbaycan vətəndaşları Elnur Bəşirov 15, Qüdrət Məlikov 15, Xalid Vəlimətov 14, Ülfət Məlikov 13, Vahid Əsədov 15, Rusiya vətəndaşı Maqomed İsayev 15,  Zabit Şıxəliyev 7, Fariz Məmmədov 8, Samir Babayev 8, Anar Vəliyev 8, Rasim İsgəndərov 8, Elşən Allahverdiyev 8, Rafiq Ağacanov 6, Taleh Məhərrəmov 8, Teymur Nərimanov 6, Kamran Bozarki 8, Azər Baxışov 6 il, Vüsal Orucov 5 il 6 ay, Aleksandr Nuraliyev 5 il 6 ay, Məmməd Məmmədov 5 il 6 ay, Elxan Osmanov 6, Zaur Cəfərov 6, Rafiq Rzayev 5 il 6 ay, Sərdar Bünyatov 5 il 6 ay, Türkiyə vətəndaşları Yamin Ali 6 və Özdəmir Ergin 2, müddətinə azadlıqdan məhrum ediliblər.

 

Dəstə üzvləri Azərbaycanda iğtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər. Onlar Bakının Nərimanov rayonunda yerləşən "Əbu-Bəkr" məscidində terror aktı törətməkdə də təqsirli bilinirlər.

 

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin terrorçuluq (214-cü), qəsdən adamöldürmə(120-ci), qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma (279-cu), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228-ci) və digər maddələri ilə ittiham olunurlar. /Trend News/