Ana səhifə       Haqqımızda       Fəaliyyətimiz       Layihələrimiz       Xəbərlər       Müsahibələr       Şəkillər       Links       Əlaqə      
 
  Azərbaycan    Русский    English
HTC mətbuatda Hüquq müdafiəçiləri Nəşrlərimiz
 
 
Bloqqerlər barəsində məhkəmə hökmü ölkədə söz azadlığının boğulmasına yönəlmiş yanlış siyasi qərardır”
11.11.2009, 10:57

Media Hüququ İnstitutu gənc bloqqerlər Emin Milli və Adnan Hacizadəni qurama xuliqanlıq ittihamı ilə uzun müddətə azadlıqdan məhrum edən məhkəmə hökmünü Azərbaycanda söz azadlığının boğulmasına yönəlmiş yanlış siyasi qərar hesab edir.

 

Emin Milli və Adnan Hacızadə toplumda, özəlliklə fəal gənclər arasında böyük nüfuza sahib olublar, ölkədəki problemlər barədə tənqidi düşüncələrini çəkinmədən cəmiyyətlə bölüşüblər. Ölkədə çoxlarına bəlli olan bir hadisə ətrafında satirik məzmunlu, ki¬nayəli videoklipin müəllifləri olan gənc bloggerlərə qarşı açıq-aşkar qurama xuliqanlıq ittihamı irəli sürülüb. Bu ittihamları nə onu incələyən istintaq orqanları, nə də bu gün ağır hökm verən Səbayıl rayon Məhkəməsi ədalətlə araşdırıb, onlar açıq-aşkar kənar tapşırıqları icra etdiklərini göstəriblər. İstintaq və məhkəmə prosesi gənclərin azadlıq və ədalətli mühakimə hüquqlarının kobud pozuntuları ilə müşayət olunub.

  

Media Hüququ İnstitutu hesab edir ki, Səbail Məhkəməsinin Emin Millini 30 ay, Adnan Hacızadəni 24 ay həbs cəzasına məhkum etməsi hətta uydurulmuş ittihamlara nisbətdə belə adekvat sayıla bilməz. Hökumət bu zərərli və qorxunc qərarı ilə onu tənqid etdiyinə görə həbsxanada saxladığı şəxslərin sayı ilə bağlı bədnam statistikanı daha da pisləşdirib.

 

Media Hüququ İnstitutu həm bu qərarın, həm də söz azadlığının böğulmasına yönəlmiş əvvəlki bədnam qərarların acı nəticələrinin tez bir zamanda aradan qaldırılmasının təxirəsalınmaz zərurət olduğunu vurğulayır. MHİ Azərbaycan hökumətini “tənqidçi söz deyənlərin qənimi” ob¬ra¬zı¬nı aradan qaldırmaq naminə ilkin addım olaraq Emin Milli və Adnan Ha¬cı¬¬zadəni azad etməyə çağırır.

Müsahibələr

AB Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumuna ərizə qəbulu başlandı
 
Yeniliklər
» - 10: Bakıda sakitlikdir! Ermənistan və Türkiyədə danışıqlar gedir (HTC mətbuatda)
» - 9: Dağlıq Qarabağ bədii ədəbiyyatda vardırmı? (HTC mətbuatda)
» - 8: Münaqişə cəmiyyətin daxili azadlığının payını xeyli azaldıb (HTC mətbuatda)
» HELSINKI VƏTƏNDAŞ ASSAMBLEYASI AZƏRBAYCAN MILLI KOMITƏSI (Hüquq müdafiəçiləri)
» SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU (Hüquq müdafiəçiləri)
» DEMOKRATİA VƏ İNSAN HÜQUQLARI KOMİTƏSİ (Hüquq müdafiəçiləri)
» 2006: "Qarabağ müzakirə olunur" (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2002: "QHT-lər üçün yaddaş" kitabı (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2007: South Caucasus experts’ network for IDP-s return/restitution issues policy facilitation (Rus, İnglilis) (Nəşrlərimiz)

 

 

 

Copyright 2009 humanrights-az.org. All rights reserved.
Powered by
NextPoint LLC

Rambler's Top100