Society for Humanitarian Research - http://humanrights-az.org
Humanitar Tədqiqatlar Cəmiyyəti AB Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Idarə Heyətinə üzv seçildi
http://humanrights-az.org/articles/1055/1/
Dərc olunub 21.11.2009, 07:24
 

Noyabrın 15-dən 17-dək Brussel şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramının (ŞTP) Vətəndaş Cəmiyyəti Forumu keçirildi. Forumun əsas məqsədi Şərq Tərəfdaşlığı Proqramına daxil olan 6 ölkənin (Azərbaycan, Ermənistan, Belarusiya, Gürcüstan, Moldova, Ukrayna) vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə üzv ölkələrin inteqrasiya prosesinin gücləndirilməsinə dəstək verməkdən ibarət olmuşdur. 200-dən çox yerli və beynəlxalq təşkilatların qatıldığı tədbirdə Azərbaycandan 14 təşkilatın (D.Əliyeva Qadın Hüquqlarını Müdafiə Komitəsi, Azərbaycan İnsan Hüquqlarını Müdafiə Mərkəzi, Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzi (DEVAMM), Hüquq Maarifçiliyi Cəmiyyəti, Azərbaycan Hüquqşunaslar Konfederasiyası, Şəffaflıq Azərbaycan təşkilatı, Ecoleks Təşkilatı, İqtisadi və Sosial İnkişaf Mərkəzi, Gəncə AgroBiznes Assosiasiyası, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, Gəncə “Bilik” Cəmiyyəti, Seçki Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzi, İqtisadi Tədqiqatlar Mərkəzi, AN Şəbəkəsi, Qafqaz Tədqiqat Resurs Mərkəzi, Humanitar Tədqiqatlar Cəmiyyəti) nümayəndəsi iştirak edirdi.

 

Tədbir zamanı ŞTP daxil olan 4 tematik qruplar üzrə müzakirələr aparılmışdır. Eyni zamanda forumun iştirakçıları arasından 17 nəfərdən ibarət Idarə Heyəti seçilmişdir ki, buraya 4 tematik qrupların koordinatorları və hər qrupa 1 nəfər Avropa Birliyinə daxil olan ölkə nümayəndələri, 6 ölkənin təmsilçiləri daxil olmuşdur. Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov Azərbaycan nümayəndə heyəti tərəfindən forumun Idarə Heyətinə üzv seçilmişdir.

 

HTC direktoru Ə.Həsənovun eyni zamanda Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin həmsədri kimi fəaliyyət göstərməsi, ŞTP-nın Azərbaycanda ğeniş təbliğ olunması və ölkənin bu struktura inteqrasiyası ilə bağlı vətəndaş cəmiyyətinin səylərinin artırlması istiqamətində yeni imkanların yaranacağına ümid verir.