Ana səhifə       Haqqımızda       Fəaliyyətimiz       Layihələrimiz       Xəbərlər       Müsahibələr       Şəkillər       Links       Əlaqə      
 
  Azərbaycan    Русский    English
HTC mətbuatda Hüquq müdafiəçiləri Nəşrlərimiz
 
 
Haaqa şəhərində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İştirakçı Dövlətlərin 8-ci Assambleyası keçirilir
23.11.2009, 11:33

Noyabrın 17-dən 26-dək Haaqa şəhərində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İştirakçı Dövlətlərin 8-ci Assambleyası keçirilir. 150-dən çox dövlətin nümayəndələrinin qatıldığı tədbir BCM-nin fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsi ilə yanaşı 2010-cu ildə Uqandanın paytaxtı Kampala şəhərində nəzərdə tutulan konfransda Roma Statutuna müəyyən dəyişikliklərin olunması ilə bağlı təklifləri nəzərdən keçirir.

 

Assambleya ilə paralel olaraq 2500 təşkilatı birləşdirən BCM Qeyri Hökümət Təşkilatları Koalisiyası (BCMQHTK) özünün illik toplantısını keçirir. İlk dəfədir Azərbaycandan olan QHT nümayəndəsi Koalisiyanın dəvəti ilə Assambleyanın işinə qatılmışdır. Tədbirdə iştirak edən hüquq müdafiəcisi Əvəz Həsənovun rəhbərlik etdiyi Humanitar Tədqiqatlar Cəmiyyəti 2006-cı ildən Koalisiyanın işində iştirak edir. Noyabrın 23-də Koalisiyanın strateji toplantısında Ə.Həsənovun Azərbaycanda BCM ilə bağlı aparılan proseslərin vəziyyətinə həsr olunan məruzəsi oldu.

 

Öz çıxışında Ə.Həsənov qeyd etmişdir ki, “Azərbaycan Roma Statutunu imzalamayıb, buna baxmayaraq AR Cinayət Məcələsinin qəbulu zaman 16 və 17-ci maddələrin məcəlləyə daxil edilməsi gələcəkdə statutu imzalamağa əsas verən addımlardır. BCM mandatına uyğun olan fəaliyyətin reallaşması üçün Azərbaycanda konstitutsiya islahatına ehtiyac vardır. Bu ilk növbədə cinayətdə ittiham olunan Azərbaycan vətəndaşlarının ekstradisiyası və rəsmi şəxslərin immuniteti ilə bağlı islahatlardır”.

 

Onun sözlərinə görə, Azərbaycan BCM Roma Statutunu imzalamayan 6 Avropa ölkələri (Belarus, Qazaxıstan, Türkmənistan, Türkiyə) arasındadır. Ölkələr statuta qoşulmaq üçün ilk növbədə onu imzalamalı və ratifikasiya etməlidir. Azərbaycanı rəsmi səviyyədə bu tədbirdə heç kim təmsil etməmişdir. Tədbirə iştirakçı dövlətlər dəvət almasına baxmayaraq, üzv olmayan dəvlətlərin nümayəndələri müşahidəçi kimi iştirak edərək BCM ilə bağlı təcrübələrini artırır və ölkələrinin qarşılaşdığı problemləri Assambleyada səsləndirmək imkanı əldə edirlər.

 

Xatırladaq ki, Aİ-nin Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla imzalanmış fəaliyyət planında Azərbaycan höküməti “Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmanın başlanılması və onun tətbiqi ucun zəruri qanunverici və konstitusional duzəlişlərin edilməsi. Roma Statutunun butovluyunə lazımi diqqəti yetirərək və beynəlxalq huquqa uyğun olaraq, beynəlxalq cinayətkarlığa qarşı mubarizənin aparılması” öhdəliyini ğötürmüşdü.

 

* Roma Statutu 1 iyul 2002-ci ildə qüvvəyə minmişdir.

* BCM Qeyri Hökümət Təşkilatları Koalisiyası - www.iccnow.org


Əlaqəli məqalələr

   

Oxunub: 326     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  

Müsahibələr

AB Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumuna ərizə qəbulu başlandı
 
Yeniliklər
» - 10: Bakıda sakitlikdir! Ermənistan və Türkiyədə danışıqlar gedir (HTC mətbuatda)
» - 9: Dağlıq Qarabağ bədii ədəbiyyatda vardırmı? (HTC mətbuatda)
» - 8: Münaqişə cəmiyyətin daxili azadlığının payını xeyli azaldıb (HTC mətbuatda)
» HELSINKI VƏTƏNDAŞ ASSAMBLEYASI AZƏRBAYCAN MILLI KOMITƏSI (Hüquq müdafiəçiləri)
» SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU (Hüquq müdafiəçiləri)
» DEMOKRATİA VƏ İNSAN HÜQUQLARI KOMİTƏSİ (Hüquq müdafiəçiləri)
» 2006: "Qarabağ müzakirə olunur" (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2002: "QHT-lər üçün yaddaş" kitabı (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2007: South Caucasus experts’ network for IDP-s return/restitution issues policy facilitation (Rus, İnglilis) (Nəşrlərimiz)

 

 

 

Copyright 2009 humanrights-az.org. All rights reserved.
Powered by
NextPoint LLC

Rambler's Top100