Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi təşkilatçılığı ilə Azərbaycan Media Mərkəzində “Vətəndaş Cəmiyyəti Forumu: Şərq Tərəfdaşlığı və İnteqrasiya imkanları” mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin həmsədri, Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov Brüsseldə 16-17 noyabrda keçirilən forumun əsas məqsəd və məramları haqda məlumat verib. O bildirib ki, forumun əsas məqsədi vətəndaş cəmiyyətini təmsil edən qüvvələrin bir araya gələrək cəmiyyətin problemlərinin aradan qaldırılmasına yardım etməkdir.
Seçkilərin Monitorinqi və Demokratiyanın tədrisi Mərkəzinin direktoru Anar Məmmədli bildirib ki, bu forumun keçirilməsi Avropa Birliyi və Azərbaycan qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın qurulması baxımdan önəmlidir.
Azərbaycan Hüquqşünaslar Konfederasiyasının baş katibi Nadir Adilov bidlrib ki, Avropa İttifaqı Azərbaycanda gedən proseslərə kompleks yanaşır. Onun sözlərinə görə, Avropa İttifaqının marağındadır ki, Azərbaycan dövlətinin və cəmiyyətin bütün təbəqələri bu forumlarda təmsil olunsun.