Ana səhifə       Haqqımızda       Fəaliyyətimiz       Layihələrimiz       Xəbərlər       Müsahibələr       Şəkillər       Links       Əlaqə      
 
  Azərbaycan    Русский    English
HTC mətbuatda Hüquq müdafiəçiləri Nəşrlərimiz
 
 
Hüquq mudafiəçiləri Beynəlxalq İnsan Hüquqları günü ilə bağlı tədbirdə bir araya gəldilər
09.12.2009, 09:09

Hüquq mudafiəçiləri 10 dekabr - Beynılxalq İnsan Hüquqları günü ilə bağlı keçirilən tədbir zamanı bir araya gəldilər. Uzun müddətdən sonra ilk dəfə olaraq İnsan Hüquqları Təşkilatları Monitorinq Qrupu və İnsan Hüquqları Təşkilatları Federasiyasına daxil olan hüquq müdafiəçiləri jurnalistlər qarşısında həmrəy olduqlarını nümayiş etdirdilər.

Dekabrın 9-da Azərbaycan İnsan Hüquqları Evində İnsan Hüquqları Təşkilatları Monitorinq Qrupunun təşkil etdiyi bayram tədbirində jurnalistlər qarşısında çıxış edən hüquq müdafiəçisi Novella Cəfəroğlu bu günü əlamətdar gün adlandırdı və bütün hüquq müdafiəçilərini təbrik etdi.

BEYNƏLXALQ İNSAN HÜQUQLARI GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

 

Bu gün (09 dekabr) 10 dekabr - İnsan Hüquqları Evində Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı mətbuat konfransı keçirildi.

 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi günü münasibətilə həmkarlarını təbrik etdi. N. Cəfəroğlu əlavə etdi  ki, biz hüquq müdafiəçilərinə 5 səfirlik (Norveç, İngiltərə, Almaniya, Amerika , Fransa)  və Avropa Şurası daha çox dəstək olub.

 

Hüquq müdafiəçisi Səidə Qocamanlı çıxışında Azərbaycanda insan haqlarının ağır durumundan danışaraq, “Tolişı-sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun vəfatına, gənc bloqçular Adnan Hacızadə və Emin Millinin həbs edilməsinə və “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı, vərəm xəstəliyindən əziyyət çəkən   Müşfiq Hüseynovun vəziyyətinə toxundu.

 

Tədbirdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelə və Avropa Şurasının İnsan haqları üzrə komissarı Tomas Hammerberqə xüsusi olaraq tərtib edilmiş mükafat verildiyi bildirildi və qeyd edildi ki, bu mükafatlar Strasburqda sahiblərinə təqdim ediləcək.

 

Tədbirdə hüquq müdafiəçiləri, jurnalistlər və bir neçə səfirliyin nümayəndəsi iştirak edirdi.

 

Qeyd edək ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsindən 61 il ötür.

RATİ http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,385/lang,az/



   

Oxunub: 287     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  

Müsahibələr

AB Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumuna ərizə qəbulu başlandı
 
Yeniliklər
» - 10: Bakıda sakitlikdir! Ermənistan və Türkiyədə danışıqlar gedir (HTC mətbuatda)
» - 9: Dağlıq Qarabağ bədii ədəbiyyatda vardırmı? (HTC mətbuatda)
» - 8: Münaqişə cəmiyyətin daxili azadlığının payını xeyli azaldıb (HTC mətbuatda)
» HELSINKI VƏTƏNDAŞ ASSAMBLEYASI AZƏRBAYCAN MILLI KOMITƏSI (Hüquq müdafiəçiləri)
» SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU (Hüquq müdafiəçiləri)
» DEMOKRATİA VƏ İNSAN HÜQUQLARI KOMİTƏSİ (Hüquq müdafiəçiləri)
» 2006: "Qarabağ müzakirə olunur" (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2002: "QHT-lər üçün yaddaş" kitabı (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2007: South Caucasus experts’ network for IDP-s return/restitution issues policy facilitation (Rus, İnglilis) (Nəşrlərimiz)

 

 

 

Copyright 2009 humanrights-az.org. All rights reserved.
Powered by
NextPoint LLC

Rambler's Top100