“Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” İctimai Birliyinin (TAMİM) qeydiyyata alınmasından imtina edilib. Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdaərsinin rəis müavini Mehman Soltanovun imzası ilə daxil olan məktubda qeydiyyata alınmadan imtinanın səbəbləri izah edilməyib. Belə ki, məktubda bildirilir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 5-ci maddəsinə əsasən QHT-lər daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis edilir. TAMİM-in təqdim etdiyi sənədlərdə isə onun daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis edililməsi müəyyən edilməmişdir. Lakin müəyyən edilməmənin hansı kriteriyalar üzrə və ya hansı səbəblərə görə baş verməsi izah edilməmişdir.
TAMİM dekabrın 1-də (məktubun aldığı gündən 1 gün sonra) M.Soltanova rəsmi müraciət göndərib. Müraciətdə qeydiyatdan imtinanın səbəblərinin aydın olmadığı vurğulanıb. Eyni zamanda müraciətdə bildirirlir ki, TAMİM təqdim edilmiş sənədlərdə hər hansı bir çatışmamalıqların olmasını istisna etmir və istənilən çatışmamazlığı aradan qaldırmağa hazırdır. Belə ki, belə çatışmamazlıqların aradan qaldırılması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında” Qanunla əlavə müddətin təyin edilməsi nəzərdə tutulur. Müraciət vasitəsilə imtinanın səbəblərinin izah edilməsi və ya çatışmamazlıqlar göstərilməklə onların aradan qaldırılması üçün əlavə müddətin təyin edilməsi xahiş edilir. Qeydiyyat üçün təqdim edilmiş sənədlər müraciətlə birlikdə yenidən Ədliyyə Nazirliyinə göndərilib.
Qeyd edək ki, TAMİM dövlət qeydiyyatına alınmaq üçün 2009-cu ilin avqustunda Ədliyyə Nazirliyinə müraciət etmişdi. Nazirlik sənədlərin baxılma müddətini 30 gün müddətinə uzatdıqdan sonra qeydiyyatdan imtina barədə qərar verib..