17.12.2009, 15:59
Yeni
Hormətli həmkarlar,
Məlumatınız olsun ki, mayın 31-dən başlayaraq Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun növbəti toplantısına üzvlərin qəbulu prosesinə başlanmışdır.
Bu məqsədlə Foruma üzvlük ilə bağlı ərizələri dolduraraq ƏRİZƏ FORMASInda göstərilən ünvana (RELEX-EAP-CIVIL-SOCIETY@ec.europa.eu) göndərə bilərsiniz.
Ərizələrin qəbulunun son tarixi 02 iyul 2010.
Sizlərə uğurlar diləyirəm.
Hörmətlə,
Əvəz Həsənov
Elan
Ərizə Forması
http://ec.europa.eu/external_relations/eastern/civil_society/second_csf_meeting_2010_en.htm
________________________________________________________
Məlumatınız üçün xatırlatmaq istəyirəm ki, 16-17 noyabr 2009-cu il tarixdə Brussel şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun ilk iclası keçirildi.
Forumda iştirak etmək üçün Azərbaycandan 21 təşkilat akreditasiya almışdı. Forumun işində iştirak etmək üçün ərizə forması və qaydalar 2009-cu il avqustun 31-dək http://ec.europa.eu/external_relations/eastern/civil_society/index_en.htm ünvanda
yerləşdirilmişdi.
Forumun işində iştirak edənlər əsasən 4 Paltforma üzrə işləyən təşkilatlardan ibarət idi ki, burada Şərq Tərəfdaşlığı Proqramının səlahiyyət dairəsinə daxil olunan istiqamətlər nəzərə alınmışdır. Bu Platformaya yeni istiqamətlərin əlavə olunması isə üzv dövlətlərin səlahiyyətindədir. Ona görə də VCF öz işini bu Platformalar ətrafında davam etdirəcəkdir. İstiqamətlər aşağıdakılardan ibarətdir:
-
- Demokratiya, yaxşı idarəetmə, stabillik,
-
- İqtisadi inteqrasiya və Avropa Birliyi siyasətinə yaxınlaşma,
-
- Ətraf mühit, iqlim dəyişkənliyi və enerji təhlükəsizliyi,
-
- İnsanlar arasında əlaqələr
Forumun 17 nəfərdən ibarət İdarə Heyəti seçilmişdir ki, Azərbaycanı İH təmsil etmək mənə nəsib olmuşdur. İH üzvləri haqqında məlumatı bu linkdən yükləyə bilərsiniz. http://ec.europa.eu/external_relations/eastern/civil_society/forum/members_sc_en.pdf
İH üzvləri tərəfindən Forumun gələcək strukturu və fəaliyyət istiqamətləri barədə yazışmalar davam edir və bu barədə yekun qərar 2010-cu il yanvar ayında keçirilən iclasında veriləcəkdir. Yalnız bundan sonra Forumun hansı əsaslarla fəaliyyət göstərəcəyi məlum olacaqdır. Buna baxmayaraq, əsas istiqamət ondan ibarətdir ki, Forum bir məsləhət funksiyasına malik olan struktur olacaqdır. Onun işi daha çox qəbul olunmuş qərarların yerlərdə inkişafı, məlumatın çatdırılması, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində inteqrasiyaya kömək edən fəaliyyətin icrasına dəstək olmaqdan ibarət olacaqdır. Forum çərçivəsində hər hansı milli strukturun yaradılması nəzərdə tutulmayıb.
İldə bir dəfə - noyabr ayında Forumun iclası olacaq. Növbəti toplantı 2010-cu ildə Brüsseldə olacaqdır. Forumda iştirak etmək istəyən təşkilatlar ərizə ilə müraciət etmək üçün http://ec.europa.eu/external_relations/eastern/civil_society/index_en.htm saytında yerləşdiriləcək elana uyğun olaraq ərizə göndərə biləcəklər.
Forumda Azərbaycanı təmsil edən təşkilatlar aşağıdakılardır:
-
-
D.Əliyeva Qadın Hüquqlarını Müdafiə Komitəsi,
-
- Azərbaycan İnsan Hüquqlarını Müdafiə Mərkəzi,
-
- Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzi (DEVAMM),
-
- Hüquq Maarifçiliyi Cəmiyyəti,
- Azərbaycan Hüquqşunaslar Konfederasiyası,
-
- Şəffaflıq Azərbaycan təşkilatı,
-
- Ecoleks Təşkilatı,
-
- İqtisadi və Sosial İnkişaf Mərkəzi,
-
- Gəncə AgroBiznes Assosiasiyası,
-
- Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu,
-
- Gəncə “Bilik” Cəmiyyəti,
-
- Seçki Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzi,
-
- İqtisadi Tədqiqatlar Mərkəzi,
-
- AN Şəbəkəsi,
-
- Qafqaz Tədqiqat Resurs Mərkəzi
-
- Humanitar Tədqiqatlar Cəmiyyəti
Bu ünvan http://ec.europa.eu/external_relations/eastern/civil_society/index_en.htm hələlik Forumun rəsmi internet ünvanı sayılır. Amma, yaxın günlərdə Forumun öz internet səhifəsi istifadəyə veriləcək və Şərq Tərəfdaşlığı Proqramı ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələri üçün bu məlumatlar geniş yayılacaqdır.
Mən sizin forumla bağlı istənilən suallarınızı cavablandırmağa hazıram. Eyni zamanda AB tərəfindən vətəndaş cəmiyyətinin inkişafı üçün nəzərdə tutulan proqramlar barədə məlumatları bölüşdürməkdən şad olaram. Xüsusən koalisiyalar üçün Formun istiqamətlərini onun gələcəyi barədə məlumatları bölüşməkdə maraqlıyıq. Forumda iştirak edən təşkilatları cılb etməklə bu kimi təşəbbüsləri gözləyirik.
Forumun fəaliyyəti barəsində daha geniş auditoriyaya məlumatın çatdırılmasına ümid edirəm və əməkdaşlığa hazır olduğumuzu bildiririk.
Hörmətlə,
Əvəz Həsənov
Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru
Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinin üzvü
_____________________________________________________
Avropa Birliyi Şərq Tərərfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun tematik platformalarının Azərbaycandan olan təmsilçiləri
Demokratiya, yaxşı idarəetmə, stabillik,
1. D.Əliyeva Qadın Hüquqlarını Müdafiə Komitəsi,
2. AN Şəbəkəsi,
3. Azərbaycan Hüquqşunaslar Konfederasiyası,
4. Humanitar Tədqiqatlar Cəmiyyəti
5. Azərbaycan İnsan Hüquqlarını Müdafiə Mərkəzi,
6. Seçki Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzi,
7. Hüquq Maarifçiliyi Cəmiyyəti,
İqtisadi inteqrasiya və Avropa Birliyi siyasətinə yaxınlaşma,
8. “Praksis” Sosial Inkişaf Mərkəzi
9. İqtisadi və Sosial İnkişaf Mərkəzi,
10. Gəncə Avroatlantik İnformasiya Mərkəzi
11. İqtisadi Tədqiqatlar Mərkəzi,
12. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu,
Ətraf mühit, iqlim dəyişkənliyi və enerji təhlükəsizliyi,
13. Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi
14. Ecoleks Təşkilatı,
15. Gəncə AgroBiznes Assosiasiyası,
İnsanlar arasında əlaqələr
16. Qafqaz Tədqiqat Resurs Mərkəzi
17. Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzi (DEVAMM),
18. Şəffaflıq Azərbaycan təşkilatı,
19. Gəncə “Bilik” Cəmiyyəti,
Mətbuatda VCF barəsində məlumatlar
http://www.sia.az/view.php?lang=az&menu=47&id=36954
İnternet ünvanlar:
http://ec.europa.eu/external_relations/eastern/civil_society/index_en.htm
http://www.facebook.com/album.php?aid=123439&id=620189345
http://www.facebook.com/pages/Eastern-Partnership-Civil-Society-Forum/290226492663?ref=mf