Ana səhifə       Haqqımızda       Fəaliyyətimiz       Layihələrimiz       Xəbərlər       Müsahibələr       Şəkillər       Links       Əlaqə      
 
  Azərbaycan    Русский    English
HTC mətbuatda Hüquq müdafiəçiləri Nəşrlərimiz
 
 
Avropa İttifaqı Azərbaycanla Tərəfdaşlığı inkişaf etdirir
11.02.2010, 16:00

Avropa İttifaqı (Aİ) və Azərbaycan Hökuməti Hərtərəfli İnstitusional Quruculuq proqramının intensiv hazırlığına başlamışlar. Aİ tərəfindən maliyyələşən proqram Şərq Tərəfdaşlığı təşəbbüsünün konkret nəticəsi olub, növbəti 3 il ərzində icra ediləcəkdir. Aİ-Azərbaycan əlaqələrinin dərinləşməsi üçün burada məqsəd Aİ ilə Azərbaycan arasında gələcək Assosiasiya Sazişi ətrafında danışıqlar aparmaq və onu icra etmək üçün müxtəlif hökumət qurumlarını möhkəmləndirməkdir.

 

Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri Səfir Roland KOBİA bu həftə keçirilmiş rəsmi görüşlərdən sonra bəyanat vermişdir: "Bir sıra hökumət qurumu və Vətəndaş Cəmiyyəti Təşkilatları ilə çox faydalı müzakirələrimiz oldu. Bu, Azərbaycanda Şərq Tərəfdaşlığının icrası istiqamətində atılan konkret bir addımdır". Səfir KOBİA Avropa İttifaqının Brüsseldəki Baş İdarəsindən gələn Aİ rəsmiləri x-m Karin QAT RUTTER və x-m Katya SALSBAKdan ibarət proqramlaşdırma missiyasına rəhbərlik etmişdir. Missiya 08-11 fevral tarixlərində Bakıda olmuş, Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Qulluğu Komissiyası, eləcə də Vətəndaş Cəmiyyəti Təşkilatları ilə məsləhətləşmələr aparmışdır. Ədliyyə sektoru, ticarət məsələləri və ümumiyyətlə dövlət idarəçiliyi üzrə hökumət qurumlarının potensial quruculuğuna yardım göstərilməsi nəzərdə tutulur. Növbəti həftələrdə müfəssəl çərçivə proqramı birgə hazırlanacaqdır.

 

Aİ-Azərbaycan arasındakı əlaqələrin 2009-cu ilin may ayında başlanmış Şərq Tərəfdaşlığı çərçivəsində dərinləşməsi Aİ-Azərbaycan arasındakı müqavilə əsaslı əlaqələrin təkmilləşdirilməsi və Assosiasiya Sazişinin imzalanması perspektivini əhatə edir. Şərq Tərəfdaşlığında ÜTT-yə üzvlülük məsələsi həll olunan kimi Dərin və Hərtərəfli Azad Ticarət Məkanlarının (DHATM) qurulması ilə Aİ ilə həm də yaxın iqtisadi və ticarət əlaqələrinin qurulması nəzərdə tutulur. Hərtəfərli İnstitusional Quruculuq proqramı çərçivəsində Aİ ilə bağlanacaq gələcək sazişlər ətrafında danışıqların aparılmasına və onların icrasına Azərbaycanın hazırlaşmasına yardım göstəriləcəkdir.


Əlaqəli məqalələr

   

Oxunub: 210     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  

Müsahibələr

AB Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumuna ərizə qəbulu başlandı
 
Yeniliklər
» - 10: Bakıda sakitlikdir! Ermənistan və Türkiyədə danışıqlar gedir (HTC mətbuatda)
» - 9: Dağlıq Qarabağ bədii ədəbiyyatda vardırmı? (HTC mətbuatda)
» - 8: Münaqişə cəmiyyətin daxili azadlığının payını xeyli azaldıb (HTC mətbuatda)
» HELSINKI VƏTƏNDAŞ ASSAMBLEYASI AZƏRBAYCAN MILLI KOMITƏSI (Hüquq müdafiəçiləri)
» SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU (Hüquq müdafiəçiləri)
» DEMOKRATİA VƏ İNSAN HÜQUQLARI KOMİTƏSİ (Hüquq müdafiəçiləri)
» 2006: "Qarabağ müzakirə olunur" (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2002: "QHT-lər üçün yaddaş" kitabı (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2007: South Caucasus experts’ network for IDP-s return/restitution issues policy facilitation (Rus, İnglilis) (Nəşrlərimiz)

 

 

 

Copyright 2009 humanrights-az.org. All rights reserved.
Powered by
NextPoint LLC

Rambler's Top100