Ana səhifə       Haqqımızda       Fəaliyyətimiz       Layihələrimiz       Xəbərlər       Müsahibələr       Şəkillər       Links       Əlaqə      
 
  Azərbaycan    Русский    English
HTC mətbuatda Hüquq müdafiəçiləri Nəşrlərimiz
 
 
Dağlıq Qarabağ münaqişəsinin həlli: Mümkün variantların təhlili və tərəflər arasında kompromisin həddi “Dilemma Oyunu”
05.03.2010, 03:09

Humanitar Tədqiqatlar Cəmiyyəti (HTC) və Avro-Atlantik Mərkəzi (AAM) və partnyor təşkilat olan Beynəlxalq Həyəcan (BH) ilə birlikdə 19 – 23 aprel, 2010-cu il tarixində “Dağlıq Qarabağ münaqişəsinin həlli: mümkün variantların təhlili və tərəflər arasında kompromisin həddi” mövzusunda cəmiyyətin münaqişənin həlli ilə bağlı müzakirələrdə iştirakına şərait yaradan “dilemma oyunu” təşkil edəcəkdir.

 

Məqsədlər:

-          Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə gedən  proseslərə gənclərin diqqətini yönəltmək və münaqişə ilə bağlı onları maarifləndirmək;

-          Münaqişənin aradan qaldırılmasında nəzəri biliklərin artırılması ilə yanaşı interaktiv metodlar vasitəsilə gənclərin qərar qəbul olunması prosesində vərdişlərinin inkişaf etdirilməsinə kömək etmək;

-          İştirakçıların tədbirdə əldə etdikləri bilik və bacarıqların öz auditoriyalarında təqdim etmələrinə imkan yaratmaq.

 

Necə?

 

Tədbir 3 mərhələdən ibarət olacaqdır:

 

1-ci mərhələ: Qruplarda iş, müzakirələrin aparılması, yekun sənədin və növbəti mərhələdə seçkidə iştirak edəcək nümayəndənin seçilməsi;

2-ci  mərhələ: Hər qrupdan müəyyən olunmuş iki nəfərin iştirakı ilə hansı məsələnin daha prioritet məsələ olmasını müəyyənləşdirmək. Yekun səsverməyə çıxarmaq üçün 3 məsələnin müəyyən olunması;

3-cü mərhələ: Bütün iştirakçıların dəvət olunması ilə yekun səsvermə, qruplarda işin təqdimatı, sertifikatların verilməsi və ümumi nəticənin elan olunması;

 

Yeddi (7) qrup seçiləcək və onlara müzakirə edəcəkləri məsələ ətrafında konfliktologiya, xüsusi ilə Dağlıq Qarabağ münaqişəsi üzrə bir nəfər mütəxəssisin məruzəsi təqim olunacaq. Qrup üzvləri müzakirələrindən sonra öz təqdimatını hazırlayacaqlar.

 

Təqdimat sənədi iştriakçıların səsverməsi nəticəsində qəbul olunacaq və bundan sonra digər qrupların təqdimatının nəticələrinin əldə olunması gözlənilir. Bu müddət ərzində sənədlərini təqdim etmiş qrup nümayəndələri müşahidəçi qismində digər qrupların müzakirəsinə qatıla biləcəklər.

 

Yekun qərar daha çox rəğbət qazanmış variantların içərisindən seçiləcəkdir. Daha çox səs toplayan qrupların iştirakçıları bir araya gələrək bir-birinin arqumentlərini dinləyəcək və ümumi referendum təyin edəcəklər. “Referenduma” üç (3) məsələ çıxarılacaq. Ümumi seçkidə bütün iştirakçıların iştirakı nəzərdə tutulur.

 

Yekun səsvermə:

 

Qalib gəlmiş üç (3) qrup iştirakçılarına təbliğat aparmaq üçün şərait yaradılacaqdır. Səsvermənin keçiriləcəyi otaqda qrup üzvləri öz plakatlarını asacaq, “mitinq və nümayişlər” keçirəcək və digər iştirakçılar arasında kampaniya aparacaqlar. Səsvermə prosesini izləmək üçün “müşahidəçilər” qrupu müəyyən olunacaqdır.

 

Tədbirə xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatların nümayəndələri, xüsusən ATƏT Minsk Qrupu həmsədri ölkələrinin səfirləri və Avropa Birliyinin Azərbaycandakı ofisinin nümayəndəsi dəvət olunacaq.

 

Müzakirələr 7 əsas qruplarda aparılacaqdır.

 

1-ci qrup: “Status – quo” saxlanılır

2-ci qrup: “Müharibə başlayır və tərəflər əldə etdiklərini itirirlər”

3-cü qrup: “Dağlıq Qarabağ Azərbaycanın tərkibinə qatılır”

4-cü qrup: “Dağlıq Qarabağ öz müqəddəratını müəyyən etmək üçün təminat alır”

5-ci qrup:  “Dağlıq Qarabağ Ermənistanın tərkibinə keçir”

6-cı qrup: “Cənubi Qafqaz ölkələri Avropa Birliyinə inteqrasiya edirlər, Ermənistan və Azərbaycan arasında siyasi inteqrasiya konfliktə təsir edir”

7-ci qrup: “Statusun həlli uzun müddətə təxirə salınır”

 

Qruplarda müzakirələrin gündəliyi aşağıdakı kimi müəyyən ediləcəkdir:

 

1.         Dəvət olunmuş politoloqun məruzəsi;

2.         İştirakçıların moderator tərəfindən təlimatlandırılması;

3.         Müzakirələr; debat/polemika;

4.         Təqdimat, digər qrupa (xalqa) müraciət;

5.         Nümayəndənin/seçicilərin müəyyən olunması;

 

Nə vaxt və Harda?

 

HTC, AAM və BH-ın təşkil edəcəyi “Dağlıq Qarabağ münaqişəsinin həlli: Mümkün variantların təhlili və tərəflər arasında kompromisin həddi” adlı “dilema oyunu”  19-23 Aprel, 2010-cu il tarixində təşkil olunacaq.

 

İştirakçılar necə seçiləcək?

 

İştirakçıların seçimi Ərizə Formalarının və müsahibənin (interview) nəticələrinə əsasən müəyyənləşdiriləcək. “Dilemma Oyunu”nun işçi dili Azərbaycan, rus və ingilis dilləridir. Tədbirdə iştirak etmək istəyən şəxslərdən öz CV-lərini və doldurlumuş ərizə formasını konflikt.dq@gmail.com elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Zəhmət olmasa Ərizə Forması üçün əlavə olunmuş fayla baxardınız. Ərizələrin qəbulu üçün son müraciət tarixi 03 Aprel, 2010-cu ildir. İştirakçıların müəyyən olunması üçün ilk mərhələdən uğurla keçmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. Seçilmiş iştirakçılara əvvələcədən oyunun mahiyyəti haqqında və mövzuya əsasən daha geniş və ətraflı məlumatlar əldə etmək üçün müəyyən mənbələr haqda məlumat veriləcək.

 

Ərizə forması

 

Ümumi məlumat

 

 

Müsahibələr

AB Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumuna ərizə qəbulu başlandı
 
Yeniliklər
» - 10: Bakıda sakitlikdir! Ermənistan və Türkiyədə danışıqlar gedir (HTC mətbuatda)
» - 9: Dağlıq Qarabağ bədii ədəbiyyatda vardırmı? (HTC mətbuatda)
» - 8: Münaqişə cəmiyyətin daxili azadlığının payını xeyli azaldıb (HTC mətbuatda)
» HELSINKI VƏTƏNDAŞ ASSAMBLEYASI AZƏRBAYCAN MILLI KOMITƏSI (Hüquq müdafiəçiləri)
» SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU (Hüquq müdafiəçiləri)
» DEMOKRATİA VƏ İNSAN HÜQUQLARI KOMİTƏSİ (Hüquq müdafiəçiləri)
» 2006: "Qarabağ müzakirə olunur" (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2002: "QHT-lər üçün yaddaş" kitabı (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2007: South Caucasus experts’ network for IDP-s return/restitution issues policy facilitation (Rus, İnglilis) (Nəşrlərimiz)

 

 

 

Copyright 2009 humanrights-az.org. All rights reserved.
Powered by
NextPoint LLC

Rambler's Top100