Ana səhifə       Haqqımızda       Fəaliyyətimiz       Layihələrimiz       Xəbərlər       Müsahibələr       Şəkillər       Links       Əlaqə      
 
  Azərbaycan    Русский    English
HTC mətbuatda Hüquq müdafiəçiləri Nəşrlərimiz
 
 
Gənclər münaqişənin həllini müzakirə edən zaman Azərbaycan və Ermənistan prezidentlərinin rolunu oynayacaqlar
16.09.2010, 01:44

 

Humanitar Tədqiqatlar Cəmiyyəti özünün sülhyaratma fəaliyyəti çərçivəsində bu il Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “Gənclər arasına DQ münaqişəsi ilə bağlı debatlar” layihəsinin icrasına başlamışdır.

 

Layihə gənclər arasında DQ münaqişəsinin sülh yolu ilə həllinə inamın artırılmasına dəstək, gəncləri münaqişənin nizamlanması istiqamətində gedən proseslər barəsində məlumatlandırmaq və sülhə nail olmağın imkanlarını araşdırmağı qarşısına məqsəd qoymuşdur.  

 

2011-ci ilin Aprel ayına qədər davam edəcək layihə çərçivəndə DQ münaqişəsinin həlli istiqamətində atılan addımlar barədə gənclərə tanınmış politoloqların mühazirələri, xalq diplomatiyasının roluna həsr olunmuş debatlar, 4 mövzu üzrə simulyasiya oyunları təşkil ediləcəkdir.

 

Layihə zamanı yeni internet texnologiyanın imkanlarından istifadə edərək gənclərin cəmiyyətdə münaqişə ilə bağlı müzakirələrə, sülhyatarma işində dəstək olan ideyaların reallaşdırılmasına yönələn fəaliyyəti dəstəklənəcəkdir.

 

HTC direktoru Əvəz Həsənov qeyd etmişdir ki, “Layihədə Azərbaycanda DQ münaqişəsinin həllində gənclərin fəal iştirakına yönələn və onları bu proseslərin aktiv tərəfinə çevirə biləcək onlarla müxtəlif tədbirlər nəzərdə tutulmuşdur. İndiyə kimi bu istiqamətdə onlarla tədbirlər keçirməyimizə baxmayaraq, bu layihənin məhz danışıqların indiki mərhələsində cəmiyyətə təsirnə inanırıq. Layihədə Simulyasiya oyunları zamanı gənclər Azərbaycan və Ermənistan prezidentləri və cəmiyyətin aparıcı siyasi və ictimai fiqurlarının rolunu oynayacaqlar”

 

* Humanitar Tədqiqatlar Cəmiyyəti 1997-ci ildə yaradılmış qeyri hökumət təşkilatıdır. Təşkilat Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun üzvü və Azərbaycan üzrə koordinatorudur.

Müsahibələr

Humanitar Tədqiqatlar Cəmiyyəti
 
Yeniliklər
» - Mədəni müxtəlifliliyin qorunmasında III sektorun rolu (HTC mətbuatda)
» - 10: Bakıda sakitlikdir! Ermənistan və Türkiyədə danışıqlar gedir (HTC mətbuatda)
» - 9: Dağlıq Qarabağ bədii ədəbiyyatda vardırmı? (HTC mətbuatda)
» HELSINKI VƏTƏNDAŞ ASSAMBLEYASI AZƏRBAYCAN MILLI KOMITƏSI (Hüquq müdafiəçiləri)
» SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU (Hüquq müdafiəçiləri)
» DEMOKRATİA VƏ İNSAN HÜQUQLARI KOMİTƏSİ (Hüquq müdafiəçiləri)
» 2006: "Qarabağ müzakirə olunur" (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2002: "QHT-lər üçün yaddaş" kitabı (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2007: South Caucasus experts’ network for IDP-s return/restitution issues policy facilitation (Rus, İnglilis) (Nəşrlərimiz)

 

 

 

Copyright 2009 humanrights-az.org. All rights reserved.
Powered by
NextPoint LLC

Rambler's Top100