28.11.2011, 03:52
Noyabrın 28-də saat 09.00-da Polşanın Poznan şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumu öz işinə başladı. İclas Forumun həmsədrləri Ulad Vlkadliçka, Antonella Vermolbida tərəfindən açıq edildi, forumun son illərdə nail olduqları və planları barədə məlumat verildi.
Bundan sonra Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle, Polşanın rəsmi nümayəndələrinin qatıldığı plenar sessiya ğz işinə başladı. Tədbirə qatılan Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənovun sözlərinə görə “3-cü dəfədir keçirilən bu forumun əhəmiyyəti ondan ibarətdir, bu il Avropa Birliyi ilə münasibətlərin dərinləşməsində, forumun qeydiyyata alınmasında və avropainteqrasiya istiqamətində ciddi irəliləyişlərin olacağı gözlənilir”. Forumun Azərbaycan üzrə koordinatoru Vüqar Bayramovun rəhbərliyi ilə Azərbaycanı bu tədbirdə 23 QHT nümayəndəsi təmsil edir.