|
|
|
|
|
| (Səhifə 1, cəmi 2) « Geriyə | 1 | 2 | İrəli » |
06.01.2012, 14:51
30.09.2011, 11:39
|
| Əvəz Həsənov: “Bir-biri ilə dost olan erməni və azərbaycanlıların potensialından istifadə olunmalıdır” Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənovun Gün.Az-a müsahibəsi: - Bu gün Azərbaycanla Ermənistan cəmiyyətlərində bir-birilərinə qarşı düşmən münasibətin olmasına münasibətiniz necədir? - Dağlıq Qarabağ münaqişəsinin həllində bizim qarşımızda hazırda iki böyük ciddi məsələ durur. İlk növbədə işğal olunmuş torpaqlarımızı azad etməli və Azərbaycan vətəndaşları olan Dağlıq Qarabağın erməni əhalisi ilə normal münasibət qurmalıyıq. |
19.11.2010, 16:32
|
| Qhtxeber.az-ın “Tanış olaq” rubrikasının bu dəfəki qonağı Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənovdur. - Əvəz müəllim, sizi təcrübəli QHT-çi kimi tanıyırıq. Maraqlıdır, QHT-yə nə zaman və necə gəlmisiniz? - QHT-də fəaliyyətə 1992-ci ildən başlamışam. O zaman jurnalist kimi çalışırdım. Məqalələr yazaraq dövrü mətbuatda çap olunurdum. O dövrün mühitini yəqin ki, bir çoxları xatırlayır. O zaman bir çox məlumatların, bir sıra yazıların çap olunmasına senzura icazə vermirdi. “Istiqlal” qəzetinin İnformasiya şöbəsində çalışarkən bu, mənim marağımı cəlb etmişdi və mən həmfikirlərimlə birlikdə senzuradan keçməyən materialları toplamağa başladıq. Bu fəaliyyət özlüyündə 1993-cü ildə İnsan Hüquqlarını Müdafiə Mərkəzinin yaranmasına gətirib çıxardı. Beləliklə də ilk fəaliyyət göstərdiyim QHT bu təşkilat oldu. Daha sonra Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi ilə könüllü çalışdım. Burada qaçqın və məcburi köçkünlərin hüquqları ilə bağlı müxtəlif layihələrdə iştirak etdim. |
17.12.2009, 15:59
|
| Məlumatınız üçün xatırlatmaq istəyirəm ki, 16-17 noyabr 2009-cu il tarixdə Brussel şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun ilk iclası keçirildi. Forumda iştirak etmək üçün Azərbaycandan 21 təşkilat akreditasiya almışdı. Forumun işində iştirak etmək üçün ərizə forması və qaydalar 2009-cu il avqustun 31-dək http://ec.europa.eu/external_relations/eastern/civil_society/index_en.htm ünvanda yerləşdirilmişdi. |
23.10.2009, 07:18
|
| Hüquq müdafiəçisi Novella Cəfəroğlu 65 ömürlük məhbusun prezident İlham Əliyevə müraciət ünvanlayaraq əfv istəməsinə münasibət bildirib. “Media forum” saytına açıqlamasında hüquq müdafiəçisi deyib ki, ömürlük həbsdə olan 20-dək məhbusu əfv etmək mümkündür: “Onların arasında siyasi məhbuslar da var. Hüquq müdafiəçiləri onların məsələsini Əfv Komissiyasından tutmuş Avropa Şurasınacan hər yerdə dəfələrlə qaldırıblar, prezidentə müraciətlər olub”. N.Cəfəroğlunun digər məhbusların işinə yenidən baxılmasını təklif edir: “Ömürlük məhbusların içərisində işlərinə düzgün baxılmayanlar var. Ancaq haqlı mühakimə olunmuş qatı cinayətkarlar da var ki, onların işinin yüngülləşdirilməsini düzgün saymıram. Hamilə qadına təcavüz edib, yandıraraq öldürəni necə əfv eləmək olar? Zərərçəkən tərəfin yaxınları onun əfvinə necə baxar?” |
|
| (Səhifə 1, cəmi 2) « Geriyə | 1 | 2 | İrəli » |
|
|
|