Ana səhifə       Haqqımızda       Fəaliyyətimiz       Layihələrimiz       Xəbərlər       Müsahibələr       Şəkillər       Links       Əlaqə      
 
  Azərbaycan    Русский    English
HTC mətbuatda Hüquq müdafiəçiləri Nəşrlərimiz
 
 
Xəbərlər

(Səhifə 1, cəmi 7)   « Geriyə | 1 | 2 | 3 | 4 | 5 | İrəli »
Dağlıq Qarabağ münaqişəsinin həlli: Mümkün variantların təhlili və tərəflər arasında kompromisin həddi “Dilemma Oyunu”
 
05.03.2010, 03:09

Humanitar Tədqiqatlar Cəmiyyəti (HTC) və Avro-Atlantik Mərkəzi (AAM) və partnyor təşkilat olan Beynəlxalq Həyəcan (BH) ilə birlikdə 19 – 23 aprel, 2010-cu il tarixində “Dağlıq Qarabağ münaqişəsinin həlli: mümkün variantların təhlili və tərəflər arasında kompromisin həddi” mövzusunda cəmiyyətin münaqişənin həlli ilə bağlı müzakirələrdə iştirakına şərait yaradan “dilemma oyunu” təşkil edəcəkdir.

Tədbirdə iştirak etmək istəyən şəxslərdən öz CV-lərini və doldurlumuş ərizə formasını konflikt.dq@gmail.com elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Ərizələrin qəbulu üçün son müraciət tarixi 03 Aprel, 2010-cu ildir. İştirakçıların müəyyən olunması üçün ilk mərhələdən uğurla keçmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.


Tomas Hammarberq: “Məcburi köçkünlərin hüquqları pozulur”
 
02.03.2010, 15:06

Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Haqları üzrə komissarı Tomas Hammarberqin Trend News-a müsahibəsi

- Azərbaycana səfərinizin məqsədi nədir və hansı məsələlər müzakirə ediləcək?

 

- Bir neçə il bundan qabaq Azərbaycana səfər etmişəm və bunun nəticəsində dəyərləndirmə hesabatı hazırlanmışdı. İnternet səhifəmizdə yerləşdirilən hesabatda insan hüquqları baxımından vacib hesab etdiyimiz bütün mühüm sahələr üzrə dəyərləndirmə məlumatı öz əksini tapmışdı. Bu səfər zamanı konkret bir neçə sahə ilə bağlı hansı tərəqqinin, dəyişikliklərin baş verdiyini dəyərləndirməkdən ibarətdir.


JURNALİSTLƏRİN MÜDAFİƏ KOMİTƏSİ BƏYANAT YAYIB
 
02.03.2010, 15:03

Jurnalistləri Müdafiə Komitəsi 2009-cu il JMK Beynəlxalq Mətbuat azadlığı Mükafatı laureatı, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə qarşı yeni açılmış narkotik ittihamına görə təcridxanada saxlanma müddətinin 2 ay uzadılması ilə bağlı Azərbaycan mətbuatının verdiyi məlumatlara cavab olaraq bəyanat yayıb.


«Hakimiyyət kimi seçmək istəyir, onun adını birinci yazır»
 
25.02.2010, 15:49

Fevralın 25-də komitə Azərbaycanın insan haqları müvəkkili postuna namizədlər məsələsini müzakirə edərkən Rəbiyyət Aslanova dedi ki, gələn hesabatlar ümumi icmal xarakteri daşıdığı və bir dənə də konkret soyad olmadığı üçün heç kəs cəzalandırılmır. Halbuki, hüququ pozulan konkret şəxs olduğu kimi hüququ pozan konkret məmur da olmamış deyil. İnsanlar da Ombudsman Aparatından məhz bunu gözləyirlər.


Avropa İttifaqı Azərbaycanla Tərəfdaşlığı inkişaf etdirir
 
11.02.2010, 16:00

Avropa İttifaqı (Aİ) və Azərbaycan Hökuməti Hərtərəfli İnstitusional Quruculuq proqramının intensiv hazırlığına başlamışlar. Aİ tərəfindən maliyyələşən proqram Şərq Tərəfdaşlığı təşəbbüsünün konkret nəticəsi olub, növbəti 3 il ərzində icra ediləcəkdir. Aİ-Azərbaycan əlaqələrinin dərinləşməsi üçün burada məqsəd Aİ ilə Azərbaycan arasında gələcək Assosiasiya Sazişi ətrafında danışıqlar aparmaq və onu icra etmək üçün müxtəlif hökumət qurumlarını möhkəmləndirməkdir.




(Səhifə 1, cəmi 7)   « Geriyə | 1 | 2 | 3 | 4 | 5 | İrəli »

 
 
Yeniliklər
» - 10: Bakıda sakitlikdir! Ermənistan və Türkiyədə danışıqlar gedir (HTC mətbuatda)
» - 9: Dağlıq Qarabağ bədii ədəbiyyatda vardırmı? (HTC mətbuatda)
» - 8: Münaqişə cəmiyyətin daxili azadlığının payını xeyli azaldıb (HTC mətbuatda)
» HELSINKI VƏTƏNDAŞ ASSAMBLEYASI AZƏRBAYCAN MILLI KOMITƏSI (Hüquq müdafiəçiləri)
» SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU (Hüquq müdafiəçiləri)
» DEMOKRATİA VƏ İNSAN HÜQUQLARI KOMİTƏSİ (Hüquq müdafiəçiləri)
» 2006: "Qarabağ müzakirə olunur" (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2002: "QHT-lər üçün yaddaş" kitabı (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2007: South Caucasus experts’ network for IDP-s return/restitution issues policy facilitation (Rus, İnglilis) (Nəşrlərimiz)

 

 

 

Copyright 2009 humanrights-az.org. All rights reserved.
Powered by
NextPoint LLC

Rambler's Top100