|
|
|
|
|
| (Səhifə 3, cəmi 9) « Geriyə | 1 | 2 | 3 | 4 | 5 | İrəli » |
02.03.2010, 15:06
|
| Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Haqları üzrə komissarı Tomas Hammarberqin Trend News-a müsahibəsi - Azərbaycana səfərinizin məqsədi nədir və hansı məsələlər müzakirə ediləcək? - Bir neçə il bundan qabaq Azərbaycana səfər etmişəm və bunun nəticəsində dəyərləndirmə hesabatı hazırlanmışdı. İnternet səhifəmizdə yerləşdirilən hesabatda insan hüquqları baxımından vacib hesab etdiyimiz bütün mühüm sahələr üzrə dəyərləndirmə məlumatı öz əksini tapmışdı. Bu səfər zamanı konkret bir neçə sahə ilə bağlı hansı tərəqqinin, dəyişikliklərin baş verdiyini dəyərləndirməkdən ibarətdir. |
02.03.2010, 15:03
|
| Jurnalistləri Müdafiə Komitəsi 2009-cu il JMK Beynəlxalq Mətbuat azadlığı Mükafatı laureatı, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə qarşı yeni açılmış narkotik ittihamına görə təcridxanada saxlanma müddətinin 2 ay uzadılması ilə bağlı Azərbaycan mətbuatının verdiyi məlumatlara cavab olaraq bəyanat yayıb. |
25.02.2010, 15:49
|
| Fevralın 25-də komitə Azərbaycanın insan haqları müvəkkili postuna namizədlər məsələsini müzakirə edərkən Rəbiyyət Aslanova dedi ki, gələn hesabatlar ümumi icmal xarakteri daşıdığı və bir dənə də konkret soyad olmadığı üçün heç kəs cəzalandırılmır. Halbuki, hüququ pozulan konkret şəxs olduğu kimi hüququ pozan konkret məmur da olmamış deyil. İnsanlar da Ombudsman Aparatından məhz bunu gözləyirlər. |
11.02.2010, 16:00
|
| Avropa İttifaqı (Aİ) və Azərbaycan Hökuməti Hərtərəfli İnstitusional Quruculuq proqramının intensiv hazırlığına başlamışlar. Aİ tərəfindən maliyyələşən proqram Şərq Tərəfdaşlığı təşəbbüsünün konkret nəticəsi olub, növbəti 3 il ərzində icra ediləcəkdir. Aİ-Azərbaycan əlaqələrinin dərinləşməsi üçün burada məqsəd Aİ ilə Azərbaycan arasında gələcək Assosiasiya Sazişi ətrafında danışıqlar aparmaq və onu icra etmək üçün müxtəlif hökumət qurumlarını möhkəmləndirməkdir. |
01.02.2010, 10:02
|
| Humanitar Tədqiqatlar Cəmiyyəti yanvarın 29-da Bakı şəhərində Acıq Cəmiyyət İnstitutu – Yardım Fondu (Azərbaycan) maliyyə dəstəyi ilə icra etdiyi “HTC-nin institutsional dəstəyi” layihəsi çərçivəsində növbəti tədbirini keçirdi. Təşkilatın Bakı, Gəncə və Bərdə şəhərlərindən olan fəalları və partnyorları üçün HTC-nin insan hüquqları və münaqişələrin aradan qaldırılması sahəsində apardığı iş, həyata keçirdiyi layihələr və proqramlar barəsində məlumat verilmişdir. Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində vətəndaş cəmiyyəti səviyyəsində səylərinin zəiflədiyi qeyd olunmuş və ictimai fəaliyyətlə məşğul olan insanlarda, xüsusən regionlarda hüquqların qorunmasına dəstək olan vərdişlərin azaldığı vurğulanmışdır. |
|
| (Səhifə 3, cəmi 9) « Geriyə | 1 | 2 | 3 | 4 | 5 | İrəli » |
|
|
|