|
|
|
|
|
| (Səhifə 4, cəmi 9) « Geriyə | 2 | 3 | 4 | 5 | 6 | İrəli » |
24.01.2010, 20:50
|
| Yanvarn 21-24-də Brüssel şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı (ŞTP) Vətəndaş Cəmiyyəti Forumunun (VCF) İdarə Heyətinin ilk iclası keçirildi. Tədbirdə Şərq Tərəfdaşlığı Proqramının ələqələndiricisi cənab Bruno Dethomas İdarə Heyəti üzvləri qarşısında çıxış edərək, Vətəndaş Cəmiyyəti Forumunu Şərq Tərəfdaşlığı Proqramının vacib strukturu adlandırıb. Eyni zamanda forumun ŞTP iştirakçısı olan ölkələrlə Avropa İttifaqı arasında inteqrasiya meyllərinin güclənməsində və proqramda nəzərdə tutulan 4 tematik platforma istiqamətində uğurlu partnyor olacağı qeyd olunub. |
13.01.2010, 20:16
|
| | | Məlumatınız üçün xatırlatmaq istəyirəm ki, 16-17 noyabr 2009-cu il tarixdə Brussel şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun ilk iclası keçirildi. Forumda iştirak etmək üçün Azərbaycandan 21 təşkilat akreditasiya almışdı. Forumun işində iştirak etmək üçün ərizə forması və qaydalar 2009-cu il avqustun 31-dək http://ec.europa.eu/external_relations/eastern/civil_society/index_en.htm ünvanda yerləşdirilmişdi. |
11.12.2009, 13:56
|
| “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” İctimai Birliyinin (TAMİM) qeydiyyata alınmasından imtina edilib. Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdaərsinin rəis müavini Mehman Soltanovun imzası ilə daxil olan məktubda qeydiyyata alınmadan imtinanın səbəbləri izah edilməyib. Belə ki, məktubda bildirilir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 5-ci maddəsinə əsasən QHT-lər daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis edilir. TAMİM-in təqdim etdiyi sənədlərdə isə onun daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis edililməsi müəyyən edilməmişdir. Lakin müəyyən edilməmənin hansı kriteriyalar üzrə və ya hansı səbəblərə görə baş verməsi izah edilməmişdir. |
09.12.2009, 09:09
|
| Hüquq mudafiəçiləri 10 dekabr - Beynılxalq İnsan Hüquqları günü ilə bağlı keçirilən tədbir zamanı bir araya gəldilər. Uzun müddətdən sonra ilk dəfə olaraq İnsan Hüquqları Təşkilatları Monitorinq Qrupu və İnsan Hüquqları Təşkilatları Federasiyasına daxil olan hüquq müdafiəçiləri jurnalistlər qarşısında həmrəy olduqlarını nümayiş etdirdilər. Dekabrın 9-da Azərbaycan İnsan Hüquqları Evində İnsan Hüquqları Təşkilatları Monitorinq Qrupunun təşkil etdiyi bayram tədbirində jurnalistlər qarşısında çıxış edən hüquq müdafiəçisi Novella Cəfəroğlu bu günü əlamətdar gün adlandırdı və bütün hüquq müdafiəçilərini təbrik etdi. |
03.12.2009, 09:31
|
| Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi təşkilatçılığı ilə Azərbaycan Media Mərkəzində “Vətəndaş Cəmiyyəti Forumu: Şərq Tərəfdaşlığı və İnteqrasiya imkanları” mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin həmsədri, Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov Brüsseldə 16-17 noyabrda keçirilən forumun əsas məqsəd və məramları haqda məlumat verib. O bildirib ki, forumun əsas məqsədi vətəndaş cəmiyyətini təmsil edən qüvvələrin bir araya gələrək cəmiyyətin problemlərinin aradan qaldırılmasına yardım etməkdir. |
|
| (Səhifə 4, cəmi 9) « Geriyə | 2 | 3 | 4 | 5 | 6 | İrəli » |
|
|
|