Ana səhifə       Haqqımızda       Fəaliyyətimiz       Layihələrimiz       Xəbərlər       Müsahibələr       Şəkillər       Links       Əlaqə      
 
  Azərbaycan    Русский    English
HTC mətbuatda Hüquq müdafiəçiləri Nəşrlərimiz
 
 
Xəbərlər

(Səhifə 5, cəmi 9)   « Geriyə  | 3 | 4 | 5 | 6 | 7 | İrəli »
Haaqa şəhərində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İştirakçı Dövlətlərin 8-ci Assambleyası keçirilir
 
23.11.2009, 11:33

Noyabrın 17-dən 26-dək Haaqa şəhərində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İştirakçı Dövlətlərin 8-ci Assambleyası keçirilir. 150-dən çox dövlətin nümayəndələrinin qatıldığı tədbir BCM-nin fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsi ilə yanaşı 2010-cu ildə Uqandanın paytaxtı Kampala şəhərində nəzərdə tutulan konfransda Roma Statutuna müəyyən dəyişikliklərin olunması ilə bağlı təklifləri nəzərdən keçirir.

 

Assambleya ilə paralel olaraq 2500 təşkilatı birləşdirən BCM Qeyri Hökümət Təşkilatları Koalisiyası (BCMQHTK) özünün illik toplantısını keçirir. İlk dəfədir Azərbaycandan olan QHT nümayəndəsi Koalisiyanın dəvəti ilə Assambleyanın işinə qatılmışdır. Tədbirdə iştirak edən hüquq müdafiəcisi Əvəz Həsənovun rəhbərlik etdiyi Humanitar Tədqiqatlar Cəmiyyəti 2006-cı ildən Koalisiyanın işində iştirak edir. Noyabrın 23-də Koalisiyanın strateji toplantısında Ə.Həsənovun Azərbaycanda BCM ilə bağlı aparılan proseslərin vəziyyətinə həsr olunan məruzəsi oldu.


Humanitar Tədqiqatlar Cəmiyyəti AB Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Idarə Heyətinə üzv seçildi
 
21.11.2009, 07:24

Noyabrın 15-dən 17-dək Brussel şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramının (ŞTP) Vətəndaş Cəmiyyəti Forumu keçirildi. Forumun əsas məqsədi Şərq Tərəfdaşlığı Proqramına daxil olan 6 ölkənin (Azərbaycan, Ermənistan, Belarusiya, Gürcüstan, Moldova, Ukrayna) vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə üzv ölkələrin inteqrasiya prosesinin gücləndirilməsinə dəstək verməkdən ibarət olmuşdur. 200-dən çox yerli və beynəlxalq təşkilatların qatıldığı tədbirdə Azərbaycandan 14 təşkilatın (D.Əliyeva Qadın Hüquqlarını Müdafiə Komitəsi, Azərbaycan İnsan Hüquqlarını Müdafiə Mərkəzi, Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzi (DEVAMM), Hüquq Maarifçiliyi Cəmiyyəti, Azərbaycan Hüquqşunaslar Konfederasiyası, Şəffaflıq Azərbaycan təşkilatı, Ecoleks Təşkilatı, İqtisadi və Sosial İnkişaf Mərkəzi, Gəncə AgroBiznes Assosiasiyası, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, Gəncə “Bilik” Cəmiyyəti, Seçki Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzi, İqtisadi Tədqiqatlar Mərkəzi, AN Şəbəkəsi, Qafqaz Tədqiqat Resurs Mərkəzi, Humanitar Tədqiqatlar Cəmiyyəti) nümayəndəsi iştirak edirdi.


DEVAMM gənclərə qarşı məhkəmə qərarını kəskin surətdə pisləyir
 
11.11.2009, 11:08

DEVAMM – Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi gənclər hərəkatının fəallarına çıxarılan məhkəmə qərarını qəti surətdə pisləyən bəyanat qəbul edib. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda, o cümlədən, bildirilir: “Xəbər verildiyi kimi, gənclər hərəkatının öncüllərindən olan Emin Milli və Adnan Hacızadəyə 2,5 və 2 il müddətində azadlıqdan məhrum etmə cəzası verilib. Bu, bötövlükdə ölkəmizin nüfuzuna və o cümlədən, məhkəmələrin müstəqilliyinə və ədalətliyinə inama ciddi surətdə zərbə vuran bir hadisədir. Belə ki, məhkəmə araşdırmalarında gənclərin suçunu sübuta yetirəcək hər hansı dəlil ortalığa qoyulmadı. Əksinə, sübut olundu ki, gənclərin özləri hücuma məruz qalmışlar. Və hücum nəticısində məhz Emin Milli və Adnan Hacızadə ciddi xəsarət alıblar. İndi də ən qəribəsi budur ki, zərər çəkmiş insanlar özləri azadlıqdan məhrum edilmişlər. 


Bloqqerlər barəsində məhkəmə hökmü ölkədə söz azadlığının boğulmasına yönəlmiş yanlış siyasi qərardır”
 
11.11.2009, 10:57

Media Hüququ İnstitutu gənc bloqqerlər Emin Milli və Adnan Hacizadəni qurama xuliqanlıq ittihamı ilə uzun müddətə azadlıqdan məhrum edən məhkəmə hökmünü Azərbaycanda söz azadlığının boğulmasına yönəlmiş yanlış siyasi qərar hesab edir.

 

Emin Milli və Adnan Hacızadə toplumda, özəlliklə fəal gənclər arasında böyük nüfuza sahib olublar, ölkədəki problemlər barədə tənqidi düşüncələrini çəkinmədən cəmiyyətlə bölüşüblər. Ölkədə çoxlarına bəlli olan bir hadisə ətrafında satirik məzmunlu, ki¬nayəli videoklipin müəllifləri olan gənc bloggerlərə qarşı açıq-aşkar qurama xuliqanlıq ittihamı irəli sürülüb. Bu ittihamları nə onu incələyən istintaq orqanları, nə də bu gün ağır hökm verən Səbayıl rayon Məhkəməsi ədalətlə araşdırıb, onlar açıq-aşkar kənar tapşırıqları icra etdiklərini göstəriblər. İstintaq və məhkəmə prosesi gənclərin azadlıq və ədalətli mühakimə hüquqlarının kobud pozuntuları ilə müşayət olunub.


Azərbaycanda terrorçuluqda ittiham olunan "Meşə qardaşları" adlı silahlı birləşmənin üzvlərinə 200 ildən artıq iş verilib
 
08.11.2009, 15:18

Azərbaycanda terrorçuluqda ittiham olunan "Meşə qardaşları" adlı silahlı birləşmənin üzvlərinə 200 ildən artıq iş verilib.

 

Trend News-un məlumatına görə, cümə axşamı Ağır Cinayələrə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Azərbaycan vətəndaşları Elnur Bəşirov 15, Qüdrət Məlikov 15, Xalid Vəlimətov 14, Ülfət Məlikov 13, Vahid Əsədov 15, Rusiya vətəndaşı Maqomed İsayev 15,  Zabit Şıxəliyev 7, Fariz Məmmədov 8, Samir Babayev 8, Anar Vəliyev 8, Rasim İsgəndərov 8, Elşən Allahverdiyev 8, Rafiq Ağacanov 6, Taleh Məhərrəmov 8, Teymur Nərimanov 6, Kamran Bozarki 8, Azər Baxışov 6 il, Vüsal Orucov 5 il 6 ay, Aleksandr Nuraliyev 5 il 6 ay, Məmməd Məmmədov 5 il 6 ay, Elxan Osmanov 6, Zaur Cəfərov 6, Rafiq Rzayev 5 il 6 ay, Sərdar Bünyatov 5 il 6 ay, Türkiyə vətəndaşları Yamin Ali 6 və Özdəmir Ergin 2, müddətinə azadlıqdan məhrum ediliblər.




(Səhifə 5, cəmi 9)   « Geriyə  | 3 | 4 | 5 | 6 | 7 | İrəli »

 
 
Yeniliklər
» - 10: Bakıda sakitlikdir! Ermənistan və Türkiyədə danışıqlar gedir (HTC mətbuatda)
» - 9: Dağlıq Qarabağ bədii ədəbiyyatda vardırmı? (HTC mətbuatda)
» - 8: Münaqişə cəmiyyətin daxili azadlığının payını xeyli azaldıb (HTC mətbuatda)
» HELSINKI VƏTƏNDAŞ ASSAMBLEYASI AZƏRBAYCAN MILLI KOMITƏSI (Hüquq müdafiəçiləri)
» SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU (Hüquq müdafiəçiləri)
» DEMOKRATİA VƏ İNSAN HÜQUQLARI KOMİTƏSİ (Hüquq müdafiəçiləri)
» 2006: "Qarabağ müzakirə olunur" (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2002: "QHT-lər üçün yaddaş" kitabı (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2007: South Caucasus experts’ network for IDP-s return/restitution issues policy facilitation (Rus, İnglilis) (Nəşrlərimiz)

 

 

 

Copyright 2009 humanrights-az.org. All rights reserved.
Powered by
NextPoint LLC

Rambler's Top100