humanrights-az.org       About us       Activity       Projects       Interviews       News       Photos       Links       Contacts      
 
  Azərbaycan    Русский    English
SHR reports Publications EaP CSF
 
 
HTC mətbuatda
 

- 8: Münaqişə cəmiyyətin daxili azadlığının payını xeyli azaldıb

Politoloq Toğrul Cuvarlı: “Cəmiyyətin baş verənlərə dayanıqlı münasibəti qalmayıb”

 

Humanitar Tədqiqatlar Cəmiyyəti (HTC) tərəfindən icra olunan bu layihənin partnyoru İngiltərənin Beynəlxalq Həyəcan Təşkilatıdır. (International Alert)

Bu silsilədən növbəti yazını oxuculara təqdim edirik.

 

Ağır müharibəni yaşamış, 15 ildən artıq isə adı atəşkəs, özü isə bizimlə paralel addımlayan səssiz müharibə cəmiyyətimizə müxtəlif zərbələr vurub və vurmaqda davam edir. Millətimiz, dövlətimiz və cəmiyyətimiz üçün inkişaf prosesi hava-su kimi labüddür. Bu məntiq hər birimizi düşündürür və narahat edir.

 

Bu və digər məsələlər ətrafında politoloq Toğrul Cuvarlı ilə fikir mübadiləsi apardıq. Söhbətimizə münaqişənin cəmiyyətimizə nələr yaşatması ilə başladıq.

 

Müsahibimizin qənaətinə görə, münaqişənin tarixinə nəzər salsaq, biz bu müharibənin nə zaman başladığını belə bilmədik: “Münaqişə tədricən artırdı. Azərbaycanda bir çoxları münaqişənin müharibəyə keçəcəyini belə zənn etmirdilər. Bu cəmiyyət üçün sözün əsl mənasında şok idi. Biz nə toplum, nə də cəmiyyət olaraq buna hazır deyildik. Hesab edirəm ki, biz müharibənin başlanmasına hazır olsaydıq, heç bu günki mənzərə ilə üz-üzə də qalmazdıq. İlk mərhələdə çox kövrək görünsə də, bağlanan atəşkəs sonradan işlədi.

 

Azərbaycanda və Ermənistanda dövlətçilik qurulmağa başlanıldı və müəyyən dövr üçün münaqişənin həlli problemindən uzaqlaşıldı, amma müharibə mövzusu siyasi gündəmdə qalırdı və danışıqlar davam etdirilirdi. Əslində, əsas fikir dövlətçilik qurulana qədər müharibənin heç bir vəchlə udulmamasına yönəldilmişdi. Faktiki Heydər Əliyev bu cətin işi ustalıqla apardı. O başqa mövzudur ki, nə qədər buna nail olundu. Lakin, bu da faktdir ki Prezident İlham Əliyev dəfələrlə söyləyir ki, artıq Azərbaycanda  dövlətçilik, iqtisadi güc var və bu bizə ədalətli mövqeyimizi müdafiə etməyə imkan verir. Düzdür müasir dünya mürəkkəbdir və sərbəst addım atmaq imkanının çətin olması reallıqdır. Azərbaycan Qərb, Rusiya ilə münaqişənin həlli ilə bağlı müzakirələr aparır, amma kim bilir, hansısa mərhələdə müharibə variantı da mümkün görünə bilər. Bu mənada narahatçılıq qalmaqdadır və indiki problemin həlli ətrafındakı canlanma da cox təbiidir. Münaqişə hər mənada Azərbaycana itkilər yaşatdı. Ilk novbədə insanlarımızı vətəndaşlarımızı itirdik və bu ağrını biz uzun bir dövr yaşayacağıq. Muharibənin bir nəticəsi də o oldu ki, Azərbaycanda arzuladığımız siyasi sistem yaranmadı. Cəmiyyətdə azad münasibətlər sistemi yaranıb formalaşmadı. Dünya təcrubəsindən məlumdur ki, müharibə vəziyyətində olan ölkə üçün tam mənada demokratiya anormaldır. Azərbaycan riskli zonaya çevrilmişdi. Belə zonada isə heç bir xarici sərmayəçı işləmək istəmir. İşləyəndə  isə elə şərtlər qoyurlar ki, dövlət qeyri ixtiyari güzəştlərə getməli idi. Biz isə münaqişəyə ğörə, iqtisadi durumumuzu tez canlandırmağa tələsirdik.

 

Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənovun sözlərinə ğörə, Azərbaycan Türkiyə və Gürcustan ilə iqtisadi maraqlarını birləşdirərək, regionda iri layihələrin reallaşmasına nail ola biliblər. Azərbaycan neft ixracı sahəsində artıq ugur ğətirə biləcəyi heç kimdə şübhə dogurmayacaq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismarı ilə bu münaqişə bölğəsinin nəqliyyat yollarını Avropanın maraq dairəsinə çevirə bildi və münaqişənin onun ziyanına həll olunmaq təklükəsini sovuşdurdu.

 

T.Cuvarlıya ğörə, bu iqtisadi layihələr müqabilində əsas məsələ odur ki, Bakı-Tbilisi-Qars kəməri hələ başa şatdırlımayıb və proses ləngiyir? Niyə?  Bu, siyasi barometrdir. Ermənistanla Türkiyə arasında sərhədlər acılsa ilk növbədə Gümrü-Qars dəmir yolunun bərpası gündəmə gələcək və buna heç böyük sərmayə də tələb olunmur. Ola bilsin ki, dəmir yolu Bakı-Tiflis-Qars dəmir yolundan da tez açılsın her halda bunu ehtimal etmek mumkudur.

 

Bu gün münaqişə həll olunmayıb. Amma həyat davam edir və təbii olaraq cəmiyyətdə inkişaf istiqamətində proseslər cərəyan edir. Cəmiyyətin inkişafı münaqişənin həllindən nə qədər asılıdır və ümumiyyətlə, asılıdırmı?

 

T.Cuvarlının qənaətinə görə, bu məsələ münaqişə həll olunmadığı qədərincə, günümüzün ən aktual suallarındandır. “Mən bir tərəfdən böhranın yaranmasına sevinirəm. Böhranın xeyri o oldu ki, hakimiyyət nəyi isə dəyişmək məcburiyyətindədir,  sistemdə olan nöqsanları görmək istəkləri, meylləri yaranır. Deyilənlərə görə, hakimiyyət Azərbaycanın Qarabağ bölgəsindən savadlı, bacarıqlı, qabiliyyətli gənclərin icmanı təmsil etməsinə çalışmağı düşünür. Ilk baxımdan xirda görunsə də bu, artıq dönüş nöqtəsidir. Ən azı ona görə ki, hakimiyyət artıq başa düşüb ki, cəmiyyətin icində də nəyi isə axtarmaq lazımdır. Cəmiyyətdə dayaqlarını axtarmalıdır.

 

Ə.Həsənov qeyd edir ki, Azərbaycanda cəmiyyətin münaqişənin həllindən asılı olub olmadan inkişafı göz qabağındadır. Bunu cəmiyyətin istəyi ilə yanaşı siyasi sistemin təkmilləşdirilməsi kimi də qəbul etmək olar. Demək olar ki, Azərbaycanda baş verən hadisələr öz mahiyyəti və əsasından fərqli olaraq DQ münaqişəsindən asılı deyil. Amma, bir məsələni yaddan çıxarmaq lazım deyil ki, DQ münaqişəsi olmasaydı Azərbaycanda hakimiyyətdə olan qüvvələr siyasi islahatların aparılmasına maraqlı olardı, heç olmasa dünya birliyini ittiham etmək siyasi kursundan çox, onunla isti münasibətlərin qurulmasına maraqlı olardı. Bu ğün isə Qarabağ münaqişəsinin həll olunmaması bizim kompleksimizi artırıb. Biz, dünya ictimaiyyətini xristian dovləti olan Ermənistanı müdafiə etməkdə və bizə qarşı dünyanın, xüsusən qərb tərəfindən ikili və “ədalətsiz” münasibəti olduğunu tənqid etməklə onlara qarşı kompleks yaranıb.  

 

T.Cuvarlı qeyd edir ki, hakimiyyət çalışır ki, üfüqi sistem əlaqələri cəmiyyətdə geniş vüsət almasın, bunu təhlükə kimi gəbul edir. Amma onu da yaddan çıxarmır ki, ölkə inkişaf etdirilsə, ciddi iqtisadi proseslər ağıllı şəkildə aparılsa, münaqişənin həlli asanlaşmalıdır. Əslində üfüqi münasibətlərin qurulmasından qaçan hakimiyyət, paralel olaraq cəmiyyətdə öz dayaqlarını axtarmalıdır. Münaqişə ilə bağlı danışıqların cəmiyyət üçün açıqlanmasının vacibliyi barədə tez-tez fikirlər səsləndirilir. Bir qədər bu fikirlərlə razı deyiləm. Əgər bizdə normal, demokratik cəmiyyət olsaydı, onda danışıqlar prosesinin cəmiyyət üçün açıqlanmasını tələb etmək real görünərdi. Digər tərəfdən, etiraf edək ki, bir xalq olaraq mübariz xalq olmadığımızdan da müzakirələr haqqında geniş məlumatları istəməyimiz də məntiqli görünmür. Bizdə bir çox məsələlərdə cəmiyyətin rolu çox zəifdir və bu zəiflik cəmiyyətdə heç lazımı narahatçılığa səbəb də olmur.

 

“Bir məsələni də müəyyən etməliyik ki, biz öz səhvlərimizin, xarici qüvvələrin və münaqişədə tərəf müqabilimizin bütün qanunları və normaları inkar etməsinin qurbanıyıq” deyən T.Cuvarlının qənaətinə görə, bu münaqişədə mənəvi itkilərimiz gözə çarpmasa da cox ağır olub. Azərbaycanda bir çox tanınmış ziyalılar bildirirlər ki, münaqişə sülh yolu ilə həll olunarsa, bu mənəviyyatımıza böyük zərbə olardı. Onlar buyururlar ki, əgər torpaq zorla alınıbsa, zorla və qan tökməklə geri alınmalıdır. Cəmiyyətdə bu mənada narahat adamlar həmişə var. Əslində neft pulları müəyyən ağrıların üzərinə məlhəm çəksə də narahatlıqlar qalmaqdadır. Mənə belə gəlir ki, belə şəraitdə cəmiyyətdə təmsil olunanlar öz işində məsuliyyətli və peşəkar olmalıdır. Azərbaycanda isə sağlam, soyuqqanlı rəylər istisnalar təşkil edir. Türkiyənin ermənilərlə apardığı danışıqlara reaksiyalar bir daha bunu sübut etdi. Normal, sağlam cəmiyyət belə isterik reaksiya verməzdi. Ən azından bizim üçün bu prosesdə hansısa musbət  tərəfləri görmək  meyllərinə demək olar rast gəlmədik. Mənim təssəvürümdə özümüzü zəif incikli cəmiyyət kimi göstərdik”.

 

Azərbaycan cəmiyyəti status-kvodan nə qazanıb? Bu fikir ətrafında cəmiyyətdə ziddiyyətli mövqelər var. Bəziləri hesab edir ki, itkilərimizin həcmi qazandıqlarımızla müqayisədə ölçüyə gəlmir. Amma bu qənaətin əksini iddia edənlər də var.

 

Politoloq T.Cuvarlı hesab edir ki, sakitlik imkan verdi ki, müəyyən məsələlərə soyuq başla yanaşılsın. Ötən ilin avqustunda regiona maraq artdı. O zaman ki, neft kəməri üçün ciddi risklər yaranmışdı. 3 respublikada demokratiyanın səviyyəsinə baxanda indi bizdə ən zəif bir cəmiyyətin olduğunu görürük: “Sadaladığımız itkilərlə yanaşı, məni ən çox narahat edən bir problemi qeyd etmək istəyirəm. Qonşularımızla müqayisədə ən güclü müxalifət partiyaları bizdə idi. Niyə indi bizdə belə situasiya yaranıb ki, siyasi qaynanma yox səviyyəsindədir? Mən inanmiram ki, buna səbəb ancaq hakimiyyət tərfindən bu prosesləri idarə etməsidir. Necə oldu ki, Azərbaycan bu gün siyasi, demokratik mənada qəflət yuxusunda yatan bir cəmiyyətə çevrildi. Bur da münaqişənin az rolu olmadi”.

 

Müsahibimizin fikrincə, bu müəyyən qədər islamçılıq mənəviyyatı və Azərbaycanda oturuşmuş stereotiplərlə də bağlıdır: “Hər bir normal ölkədə hakimiyyətlə müxalifət arasında münasibətlərdə ziddiyyət var. Cəmiyyət öz daxili gücünü heç olmasa qismən də olsa bilməlidir. Mənə belə gəlir ki, cəmiyyət addım-addım öz mövqelərini verib. Söhbət təkcə müxalifət partiyalarından getmir. Cəmiyyətin bütün sferalarında elə bil ki, bu mənada geriləmə gedir. Cəmiyyət ya gərək çox aydın mexanizmlar əsasında yaşasin, ya da ki, azad, açıq olsun ki, oz səhvlərini ozu duzəldə bilsin. Münaqişə istər-istəməz cəmiyyətin daxili azadlığının payını xeyli azaltdı. Bizdə heç bir sahədə toparlanma görünmür. Bu, müharibənin nəticələridir.

 

15 ildən artıqdır ki, atəşkəs dövrünü yaşayırıq. Azərbaycan cəmiyyəti atəşkəs dövründən dəyərincə bəhrələnib öz inkişafını təmin edə bilibmi və ya ümumiyyətlə, bəhrələnmək şanslarımızı lazımınca qiymətləndirə bilməmişik?

 

Müsahibimə görə, biz bir dövlət kimi atəşkəs dövründə bir neçə mərhələni keçdik: “1995-ci ildə hamı kimi idik, ölkəmiz böhran icində idi. Neft axarı başlananda məlum oldu ki, bu siyasət, dövlət qurma işi düzgün idi və cəmiyyət bunu qəbul etdi, hətta yeni ümidlər də oyandı. 2003-cü ilə kimi insanlarda vəziyyətin düzələcəyinə müəyyən ümidlər var idi. Sonra İlham Əliyev hakimiyyətə gəldi. Ölkəyə neft pulları gəlməyə başladı. Bu umidlər daha da artdi. 5 il keçdi və məlum oldu ki, böyük neft pullarından ən azı istənilən qədər faydalana bilmədik. Ermənilər isə Qarabağ ətrafında miflər yaratdılar və bundan da məharətlə faydalanırlar. Biz ise inandıq ki, bir çiçklənən zəngin neft ölkəsinə cevriləcəyik.  Amma indi cəmiyyətdə neftdən heç faydalanmamaq qorxusu var. Ümidsiz olmaq cəmiyyət üçün çox qorxuludur. Təəssüf hissi ilə qeyd edirəm ki, cəmiyyətin baş verənlərə artıq dayanıqlı münasibəti qalmayıb. Biganə olmaga vərdiş edirik”.

 

Materialı hazırladı

Mətanət Müslümqızı

 

Hörmətli oxucular, təqdim etdiyimiz yazilarla bağlı rəy və təkliflərinizi bölüşmək istəyirsinizsə avazyh@yahoo.com unvanına məktub ğöndərməklə, ideyanın müəllifi Əvəz Həsənovla əlaqə saxlaya bilərsiniz.

 

  1. - 10: Bakıda sakitlikdir! Ermənistan və Türkiyədə danışıqlar gedir
  2. - 1: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılar
  3. - 2ı: Dağlıq Qarabağ münaqişəsi ölkə daxilindəki proseslərə təsirsiz ötüşməyib
  4. - 3: Dağlıq Qarabağ münaqişəsinin həlli vasitəçilərin səylərindən nə qədər asılıdır?
  5. - 4: Dağlıq Qarabağ münaqişəsində liderlərin məsuliyyəti
  6. - 5: Azərbaycan - Ermənistan - Türkiyə münasibətləri fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli
  7. - 6: Türkiyənin Ermənistanla sərhədlərini açmaqla nələr dəyişəcək?
  8. - 7: Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Azərbaycan cəmiyyətində həmrəylik varmı?
  9. - 8: Münaqişə cəmiyyətin daxili azadlığının payını xeyli azaldıb
  10. - 9: Dağlıq Qarabağ bədii ədəbiyyatda vardırmı?
  11. Bağlı qapılar arxasında nədən danışılıb?
  12. Dağlıq Qarabağla bağlı yeni layihəyə start verildi
  13. Mülkiyyət hüquqlarına qəsd edilənlər niyə müdafiəsiz qalıb?
  14. QHT məsələsi debatda müzakirə olundu
  15. QHT-lərin "dialoq komandası"
  16. «Dağlıq Qarabağ: Cəmiyyətlə məsləhət»
  17. Əvəz Həsənov: «Əsirlikdən qayıdanlara ağır cəza vermək doğru deyil»
  18. “Donorların fəaliyyətində vətəndaşlıq prinsipləri” mövzusunda debat keçirilib

    Interviews

    Conference Report: “The role of the EU EaP Civil Society Forum in European Integration; Platforms of effective opportunities”
     
    Recent updates
    » Problems and prospects of refugees/IDPs return to conflict regions of South Caucasus (SHR reports)
    » Peace talks discussion for South Caucasus in London (SHR reports)
    » 2006: NGOS IN AZERBAIJAN CRITICIZED FOR CONTACTS WITH KARABAKH (SHR reports)
    » Problems and prospects of refugees/IDPs return to conflict regions of South Caucasus (Publications)
    » 2002: “Ngo manual book” (Publications)
    » Education of refugees and internally displaced persons (Publications)
    » 05.07.2010 - Newsletter Eastern Partnership - Civil Society Forum (EaP CSF)
    » _ Benita Ferrero-Waldner EU Commissioner for External Relations and European Neighbourhood Policy Civil Society Forum strengthens the Eastern Partnership (EaP CSF)
    » Speech delivered by Mr. S. Mackievic to the Foreign Ministers of EaP (EaP CSF)

     

     

     

    Copyright 2009 humanrights-az.org. All rights reserved.
    Powered by
    NextPoint LLC

    Rambler's Top100