Humanitar Tədqiqatlar Cəmiyyəti 1997-ci ildə yaradılmış qeyri hökumət təşkilatıdır. Təşkilat 2000-c ilini aprel ayının 14-də rəsmi olaraq dövlət qeydiyyatına alınmışdır. Təşkilatın əsas məqsədi aşağıdakılardan ibarətdir:
-
cəmiyyətin demokratik inkişafı, insanların vətəndaş cəmiyyətinin qurulmasında fəal iştirakına yaradılan şəraitin öyrənilməsi, insan hüquqları, miqrasiya, üçüncü sektorun inkişafı ilə bağlı monitorinqin aparılması,
-
vətəndaşların hüququ bilik əldə etməsinə xidmət edən proqramların hazırlanması,
-
əhaliyə, xüsusən miqrantlara, qaçqın və məcburi köçkünlərə pulsuz hüquqi xidmətlərin göstərilməsi,
-
insan hüquqları, üçüncü sektorun inkişafı ilə bağlı bülletenlər, curnallar və digər materialların çap olunması
-
münaqişələrin öyrənilməsi və sülhyaratma prosesində iştirak, münaqişə zamanı zərər çəkmiş insanların reabilitasiyası üçün proqramların hazırlanması.
HUMANITAR TƏDQQATLAR CƏMIYYƏTININ MİSSİYASI
Vətəndaş fəallığının artırılması və inkişafı ilə cəmiyyətdə demokratik dəyşikliklərə nail olmaq, insanların hüquq və azadlıqlarının qorunması və vətəndaş cəmiyyətinin qurulması prosesində iştirakını daha dayanıqlı etmək.
Fəaliyyətə başladığı dövrdən etibarən HTC Bakı şəhərində gənclər işsizlik, ail əvə təhsil problemləri, gündəlik nəşr olunan mətbuatda əhalinin ən çox oxuduğu mövzular mövzusunda sorğular keçirmişdir. QHT nümayəndələri üçün müxtəlif mövzularda treninqlər təşkil etmişdir.
Təşkilatın məlumat bazasında Azərbaycanda fəaliyyət göstərən gənclər, qadınlar, miqrasiya problemləri, insan hüquqları təşkilatlarının ünvanları və onların proqramları haqqında məlumat vardır və bütün bunlar təşkilatın yaratdığı İnternet səhifədə yerləşdirilmişdir.
1998-ci ildən təşkilat MDB ölkələrində qaçqınlar üzrə BMT konfransının qaçqınların hüquqlarının qorunması və qanunvericilik işçi qrupunun üzvüdür. Həmin işçi qrupun tərkibində dəfələrlə Moskva, Praqa, Tbilisi şəhərlərində qaçqın hüquqlarının qorunması və qaçqın statusunun verilməsi ilə bağlı məsələlərə həsr olunmuş seminarlarda iştirak etmişdir.
1999-cu ildən başlayaraq təşkilat Azərbaycanda fəaliyyət göstərən QHT-lər üçün pulsuz olaraq fondlar, qrantlar, seminarlar və lazımi ünvanlar başlığı altında məlumatlar yayır. 1999-cu ildə Norveç Krallığı Səfirliyinin maliyyə dəstəyi ilə «Bələdiyyə üzvlüyünə namizəd öz seçki kompaniyasını necə təşkil etməlidir» adlı kitabça nəşr etmişdir.
1999-cu ildə Azərbaycanın məcburi köçkünlər yaşayan 5 rayonunda «qaçqınların malik olduqları hüquqlar» mövzusunda treninqlər keçirmişdir ki, həmin treninqlərdə 150 nəfər məcburi köçkün gənc iştirak etmişdir. Treninqin yekunu kimi məcburi köçkünlər üçün yaddaş kitabçası məlumatı hazırlanmış və treninq iştirakçılarına paylanılmışdır.
Təşkilatın nümayəndələri indiyə qədər 15 yaxın Avropa ölkəsində və ABŞ-da ölkəmizi təmsil etmişdir. Həmin tədbirlər sırasında Stokholm şəhərində 1999-cu ildə keçirilən – demokratiya forumu, Praqa şəhərində keçirilən–qaçqın statusunun müəyyən edilməsi ilə bağlı məsələlərin müzakirəsi olmuşdur ki, həmin tədbirdə təşkilatın vasitəçiliyi ilə 3 nəfər dövlət nümayəndəsinin həmin tədbirdə iştirakı təşkil olunmuşdur. Eləcədə 2000-ci ildə BMT-nin Baş Assambleyasının təşkil etdiyi QHT Forumu minilliyi tədbirində Azərbaycanı təmsil edən 2 təşkilatdan biri olmuşdur. BMT Baş Assambleyası binasında 5 gün davam edən həmin tədbir zamanı dünyanın qloballaşması, BMT strukturlarının yeniləşməsi və QHT-lərin həmin strukturlara inteqrasiyası ilə bağlı məsələlər forum iştirakçıları tərəfindən müzakirə olunmuşudr.
Təşkilatın müəllifliyi ilə MDB ölkələrində qaçqınlar problemi Konfransının işçi qrupu çərçivəsində «Azərbaycanda sığınacaq axtaran şəxslər üçün məlumat kitabçası» rus və ingilis dillərində çap olunmuşdur.
2000-ci ildə təşkilat yenidən Norveç Krallığı Səfirliyinin köməkliyi ilə «Seçkiqabağı kampaniya üçün soraq kitabçası» kitabı Azərbaycan və rus dillərində və «Azərbaycan-ingilis-rus dillərində seçki terminləri lüğəti» çap olunmuşdur. Təşkilat eyni zamanda BMT-nin İnkişaf Proqramının köməyi ilə «QHT-lər üçün məlumat kitabçası» hazırlamışdır ki, kitabça Azərbaycan və ingilis dillərində hazırlanmış və bütün QHT-lər və beynəlxalq təşkilatlara pulsuz olaraq paylanacaqdır. 2000-ci ilin may ayından təşkilatın ingilis dilində «QHT xəbərləri icmalı» bülleteni çap olunur.
HTC 1999-cu ildə «Azərbaycanda miqrasiya üzrə qanunvericiliyin vəziyyəti», Azərbaycanda uşaqların vəziyyəti, «Üçüncü sektorun inkişafının vəziyyəti barədə» hesabatları hazırlamışdır. Təşkilatın rəhbəri Azərbaycanda miqrasiya potensiallarının hazırlanması dövlət proqramının işçi qrupunun üzvü kimi fəaliyyət göstərmişdir. Beynəlxalq Miqrasiya İdarəsi və AR Nazirlər Kabinetinin dəstəyi ilə yaradılan həmin qrup 1998-ci ildə "AR Miqrasiya Konsepsiyası" sənədi üzərində işləmiş və sənəd yeknda təsdiq üçün AR Prezidentinə təqdim olunmuşdur. Təşkilatın rəhbəri eyni zamanda Almaniyada yaranmış Qarabağ Konflikti Zamanı Əsir və Girovların Azad Olunması İşçi Qrupu təşkilatının Azərbaycan üzrə nümayəndəsidir.
2002-ci ilin aprel ayından Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə «Azərbaycanda insan hüquqları» adlı bülleten nəşr edir. Jurnal indiyə kimi müxtəlif mövzuları əhatə etmiş və Azərbaycan, Rus və ingilis dillərində yayılmışdır, jurnalın rəsmi olaraq yaradılmış İnternet səhiyəsi www.humanrights-az.org özündə insan hüquqları ilə bağlı məlumatı əks etdirir.
2004-2005-ci illərdə təşkilat Katolik Yardım Xidmətləri təşkilatının elan etdiyi iki illik QHT Xəbərlər Xidməti və Qaynar Xətt layihəsini icra etmişdir. Layihə çərçivəsində təşkilat göstəriləcək xidmətlərlə yanaşı internetdə virtual QHT resurs Mərkəzi yaradılıb və www.ngo-az.org İnternet səhifəsi fəaliyyətə başlamışdır.
2003-cü ildən təşkilat Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi yanında yaradılmış İctimai Şuranın təsisçilərindən biri olmuşdur. Təşkilatın əməkdaşları dəfələrlə İdarədə penitensiar sistemdə islahatların aparılması ilə bağlı məsləhətləşmələr, müzakirələrdə iştirak etmiş və təşəbbüslə çıxış etmişlər. Buna əsasən həbsxanaların işçi heyətinin davranış qaydaları ilə bağlı təlimlərə cəlb olunması, Azərbaycanda rejim tipli həbsxanaların daha da liberallaşdırılması və onun Amerikanın penitensiar sisteminə uyğunlaşdırılması olmuşdur. Təşkilatın əməkdaşları istər cəza çəkmə müəssisələri, istərsə istntaq təcridxanalarına baş çəkərək aparılan islahatlar, məhbusların saxlanma şəraiti ilə bağlı vəziyyətin monitoirnqində iştirak etmişlər. Bununla yanaşı təşkilatın üzvləri Rusiya, Amerika, Ermənistan, Gürcüstan, Polşa, Almaniyada penitensiar sistemlə tanış olmuş, Eləcə də Azərbaycanın işgal olunmuş ərazilərində, xüsusən Şuşa həbsxanasına baş çəkmişlər
2006-cı ildə təşkilat tərəfindən Azərbaycanda ilk dəfə olaraq Dağlıq Qarabağ münaqişəsinə rəsmi və Azərbaycan ictimaiyyətinin mövqeyini əks etdirən "Qarabağ müzakirə olunur" kitabı nəşr olunmuşdur. İnciltərənin Barışıq Resursları təşkilatı tərəfindən maliyyələşdirilən Azərbaycan və Rus dillərində nəşr olunan bu kitab Azərbaycanda və onun hüdudlarından kənarda 6 ölkədə rəsmi olaraq təqdim olunmuşdur.
Təşkilatın üzvlərinin sayı 11 nəfərdir. Onlar istər Azərbaycanda istərsə xaricdə keçirlən treninqlərdə insan hüquqları, QHT liderliyi, sülhyaratma, əsir və girovlar problemlərinə həsr olunmuş treninqlərdə iştirak etmiş və sertifikat almışlar. Hal–hazırda təşkilatın işində 5 nəfər könüllü çalışır ki, onlar da təşkilat tərəfindən həyata keçirilən müxtəlif proqramlarda iştirak edirlər.
HUMANITAR TƏDQQATLAR CƏMIYYƏTININ ÜZV OLDUĞU YERLI KOALISIYALAR
HUMANITAR TƏDQQATLAR CƏMIYYƏTININ ÜZV OLDUĞU BEYNƏLXALQ KOALISIYALAR
- 1998-ci ildən MDB ölkələrində qaçqınlarla bağlı konfransın Qaçqınların müdafiəsi və qanunvericilik işçi qrupunun üzvüdür.
- 2000-ci ildən Qafqaz QHT-ləri Forumunun üzvüdür.
- 2001-ci ildən Qaçqınlar üzrə Qafqaz QHT-ləri Şəbəkəsinin (www.cringo.net) üzvüdür.
- 1999-cu ildən UNİTED – (www.unitedagainstracism.org) Rasizm əleyhinə şəbəkədə təmsil orlunur.
- Azərbaycan, Ermənistan, Gürcüstan vətəndaş cəmiyyətləri arasında əlaqə, sərhədyanı əməkdaşlıq işçi qrununun təsisçilərindən biridir,
- Cənubi Qafqazda Krizislərin İdarəolunmasının öyrənilməsi ekspert qrupunun təsisçilərindən biridir.
- 2000-ci ildən Qarabağ konlikti zamanı İtkin düşmüş şəxslərin axtarışı, əsir v girovların azad olunması Beynəlxalq İşçi qrupunun üzvü və Azərbaycanda təmsilçisidir.
- Beynəlxalq Cinayət Məhkəməsi üzrə Koalisiyanın (http://www.iccnow.org) üzvüdür.
HUMANITAR TƏDQQATLAR CƏMIYYƏTININ ƏMƏKDAŞLARININ İŞTİRAK ETDİYİ TƏDBİRLƏR
-
Təşəbbüs qrupunun üzvü kimi Tbilisi şəhərində Qaçqınlar üzrə MDB Konfransının işində iştirak – 1996
-
Helsinki Vətəndaş Assambleyasının Praqa şəhərində təşkil olunmuş konqresində iştirak – 1996.
-
Varşava şəhərində İnsan Hüquqları üzrə Yay Məktəbi – 1996
-
Demokrtaiyanın inkişafı proqramı çərçivəsində (USAID, AED) – ABŞ-da bir aylıq treninqlər – 1996
-
ATƏT –İHDİB- «QHT-lərin liderlik keyfiyyətinin təşkili» - Bakı, 1996
-
«Qafqazda Sülhyaratma prosesi» adlı konfransda iştirak (UNOY Foundation). – 1996
-
Gənc liderlərin görüşü – Tbilisi – 1997
-
Gənc liderlər üçün yay məktəbi, Tbilisi – 1997
-
«Gənclər bu barədə danışır» seçki məsələlərinə həsr olunmuş seminar, IDEA – Stokholm – 1999
-
Ədliyyə Nazirliyi Hüquq kadrlarını Təkmilləşdirmə İnstitutunun təşkil etdiyi ixtisas artırma kursu, - Bakı, 1999
-
Qaçqınların müdafiəsi və qanunvericilik işçi qrupunun iclasları – Praqa, Moskva, Tbilisi –1999-2004
-
QHT-lərin Minillik Forumu – BMT-nin Baş Assambleyası – Nyu York şəhəri – 2000
-
BMT-nin insan hüquqları üzrə komissarlığının QHT liderləri üçün təşkil etdiyi treninq – Bakı, 2000
-
Qafqazda və Orta Asiyada İnsan Hüquqları üzrə ictimai maraqların müdafiə olunması – (Helsinki İnsan Hüquqları Federasiyası) - Vena – 2001
-
Liderlər üçün treninq seminar – Bakı – 2001
-
Avropa İnstitutları ilə inteqrasiya – (Avrasiya fondu) – Bakı – 2001
-
ATƏT-in illik toplantısı - Vena – 2001
-
Qafqaz QHT-ləri Forumunun görüşü – Ermənistan –2001
-
Qafqazda stabillik və sülh: Dağlıq Qarabağ münaqişəsinin timsalında – Evangeliya İnstitutu - Almaniya 2001
-
İnternetin inkişafı, Project Harmony – Tbilisi – 2001,
-
Beynəlxalq Simpozium: «Qafqazda insan hüquqlarının qorunması, cəmiyyət və hakimiyyətin rolu» - Rusiya, Soçi – 2001,
-
Elmi Praktik Konfrans: «Qafqazda müharibə və konfliktlər zamanı qaydalar, ənənə və müasirlik» - Ermənistan, 2001
-
Sərhədyanı əməkdaşlıq məsələlərinə həsr olunmuş konfrans (TACİS) - Tbilisi – 2001
-
Amerika Vəkillər Assosasiyası, Gənc Hüquqşunaslar Birliyi – «Ombudsmanla əlaqədar əhalinin maarifləndirmə» proqramında iştirak – 2002
-
Sərbəst Birləşmək Azadlığı və Hüquq Müdafiəçilərin işi (BMT-nin İnsan Hüquqları kommisarlığı- Helsinki İnsan Hüquqları Federasiyası) – Tbilisi 2003
-
«Regionda gənclər hərəkatının məqsəd və vəzifələri, perspektiki» mövzusunda Beynəlxalq həyacan təşkilatı və Qafqaz QHT-ləri forumunun təşkil etdiyi treninq – Soçi şəhəri
-
Raoul Vallenberq İnstitutu (İnsan Hüquqları və Humanitar Hüquq) və Azərbaycan Gənc Hüquqşunaslar Birliyinin təşkil etdiyi İnsan Hüquqları qış məktəbində iştirak – Bakı
-
Ermənistan və Dağlıq Qarabağa əsir və girovların axtarışı və onların azad olunması ilə bağlı təşkil olunan müntəzəm səfərlər.
TƏŞKİLATIMIZIN DONORLARI:
1997-ci ildən fəaliyyətə başlayan təşkilatımızın müxtəlif donorları və partnyorları olmuşdur:
-
Norveç Krallığı Səfirliyi;
-
ABŞ səfirliyi;
-
BMT İP
-
ATƏT;
-
BMT Qaçqınlar üzrə Komisarlığı;
-
Avropa Şurası;
-
Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu Azərbaycan;
-
Danimarkanın Qaçqınlar Şurası;
-
Katolik Yardım Xidmətləri;
-
Beynəlxalq Həyacan Təşkilatı;
-
Barışıq Resursları Təşkilatı;
-
Henrix Böll Fondu
___________________________________________
Əlaqə:
Po.Box 158 SHR
Bakı – Az 1000 Azərbaycan
Tel/fax: (99412) 4375287
Mobil: (99450) 3202534
E-mail: avazyh@yahoo.com
shrazerbaijan@gmail.com
İnternet: www.humanrights-az.org
http://societyforhumanitarianresearch.blogspot.com/
http://www.youtube.com/shrfilm